Azərbaycan İdeyası

AZƏRBAYCAN ERMƏNİSTANI QORXUYA SALDI- VİDEO

Tarix:28-03-2019, 13:31
Baxış Sayı:198


Korrupsiya-q.az xəbər verir ki, Azərbaycanın Belarusda “Lektor” 7A0917 artilleriya kompleksi alması Ermənistanda təşviş və narazılıq yaradıb.
Ermənistan mediası Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında müttəfiqlik öhdəliklərinə əməl etmədiyini yazır.
Erməni şərhçi Qraçya Qalustyan yazır ki, Belarus növbəti dəfə Azərbaycanı Ermənistandan üstün tutdu.
“Ermənistan rəhbərliyi isə bu məsələdə Belarusda heç bir izahat tələb etmir, eynilə köhnə hakimiyyətin getdiyi yol ilə gedir”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın əldə etdiyi yeni silah Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksidir. Silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.
Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, “Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.
Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir. “Lektor” kompleksi ilk dəfə fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı