Rioda keçirilәn Olimpiya Oyunlarında bürünc medal qazanan gülәşçimiz Rәsul Çunayev açıqlama verib.
BiG.AZ xəbər verir ki, idmançımız bunları deyib: "Bura qızıl medal üçün gәlmişdim. Tәәssüf ki, birinci ola bilmәdim. Mәni dәstәklәyәnlәrә tәşәkkür edirәm. Dәstәklәmәyәnlәri da anlayıram. Çünki düşmәn ölkәnin idmançısına uduzdum. Amma hamı bilsin ki, hәr kәsdәn çox özüm qalib olmaq istәyirdim. Әn azı Azәrbaycana bürünc medal qazandırdım”.
Çunayev ermәni idmançıya uduzmağının sәbәbini dә açıqlayıb: "Mәn çoxdandır ki, 66 kq çәki dәrәcәsindә çıxış etmirdim. Olimpiadaya düşmәk üçün çәkimi saldım. Bu da görüşlәrimә tәsir etdi. Hәm dә püşkdә çox güclü rәqiblәrlә düşdüm".