Azərbaycan İdeyası

“MTN-də mənə dedilər ki, Səfər Əbiyevin üzünə dur” - Məhkəmə

Tarix:23-10-2015, 16:53
Baxış Sayı:405

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Korrupsiya və Qanun" qəzeti Lent.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Cunayev Firuz ifadəsində bildirib ki, 2010-cu ildən nazirliyin Əsaslı Tikinti və İstismar Şöbəsinin müdiri vəzifəsində işləyib: "Mehman Səlimovu yaxşı tanıyıram. O, sifariş olunan işləri vaxtında yerinə yetirməsə də, işləri çox keyfiyyətli edib. İşlərin vaxtında bitməməyinə səbəb yəqin ki, hava şəraiti olub. Müqavilə bağlananda iqlim şərtləri nəzərə alınmayıb".
Məhkəmədə Atakişi Məcidov ifadə verib. O, ifadəsində Mehman Səlimovu tanımadığını bildirib.
Mehman Səlimov sonda qısa çıxış edib. O, çıxışında ona cinayət işi açılmasının günahının Milli Təhlükəsizlik Nazirliyində olduğunu deyib: "O vaxt məni MTN-də dindirəndə dedilər, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən buna getmədim. Ona görə də mənə cinayət işi açdılar".
Məhkəmə oktyabrın 30-da davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı