Azərbaycan İdeyası

FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU

Tarix:7-05-2026, 15:27
Baxış Sayı:6

t[humb=left]https://korrupsiya-q.az/uploads/posts/2026-05/jzvg8yjevgccp60zio7vvgibm9meqgiex1l6yriq_1200.webp[/thumb]
"Neftçi"nin üzləşdiyi transfer qadağasına səbəb olan futbolçunun adı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu qadağaya səbəb mövsümün əvvəlində baş tutan Alessio Kurçi transferi olub.

Qeyd edək ki, Lüksemburq millisinin hücumçusu 2025-ci ilin iyulun 30-da Belçikanın II Divizionunda çıxış edən "Franks Borayns" klubundan Bakı təmsilçisinə keçib.

FIFA-nın Neftçini hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU - FOTO

09:20

"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.

Klubdan Oxu.Az-a verilən açıqlamada FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.

Qeyd olunub ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə "qırmızı siyahı"ya daxil edir və transfer qadağası tətbiq olunur:

"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxır".

Açıqlamada ödənişin klub tərəfindən həyata keçirildiyi vurğulanıb:

"Qarşı tərəf ödənişi təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".

Murad Nəsimi

08:10

FIFA "Neftçi"yə transfer qadağası qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer qadağası qarşıdakı üç "transfer pəncərəsi" dönəmində qüvvədə olacaq.

Qadağa 5 may 2026-cı ildə qüvvəyə minib.

Qərarın konkret səbəbləri hələ açıqlanmayıb.

Qeyd edək ki, siyahıda "Neftçi"dən başqa, Türkiyənin "Antalyaspor", Misirin "Zamalek", Rumıniyanın "CFR Kluj" və bir sıra digər klublar da yer alıb.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib