Azərbaycan İdeyası

“Fənərbaxça” bir transferi bitirdi

Tarix:8-07-2019, 12:30
Baxış Sayı:222

KORRUPSİYA-Q.AZ Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, Super Liqa klubu elitanın digər təmsilçisi “Rizəspor”un kosovalı hücumçusu Vedat Muriqini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həm futbolçunun özü, həm də klubu ilə razılığa gəlindiyini açıqlayan İstanbul klubu, Muriqi ilə 4 illik müqavilə imzalanacağını diqqətə çatdırıb. Futbolçunun tezliklə İstanbula gəlib tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

Kosovo yığmasının forvardı geridə qalan mövsümdə “Rizəspor”un heyətində 34 oyuna çıxıb, 17 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı forvardın “Qalatasaray”a da keçidi gündəmdə idi.

“Fənərbaxça” Muriqi ilə yanaşı, daha bir transfer bombasını partlatmaq üzrədi. Belə ki, “Qalatasaray”ın sabiq futbolçusu, hazırda “Əl-İttihad” klubunda forma geyinən Qarri Rodriqesin də keçidi qısa zamanda həllini tapacaq. Hollandiyada anadan olan Kapo Verde yığmasının üzvü bu axşam İstanbula gələcək və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. 29 yaşlı vingerin həm özü, həm də klubu ilə razılıq əldə olunub.

Qarri Rodriqes 2017-ci ilin yanvar ayında 3,5 milyon avroya Yunanıstanın PAOK klubundan “Qalatasaray”a transfer olunsa da, bu ilin yanvarında 9 milyon avroluq təzminatla Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a üz tutmuşdu. O, “Qalatasaray”ın heyətində çıxdığı 61 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı