Azərbaycan İdeyası

“MXİTARYAN QORXURSA, ÖZÜNƏ UŞAQ BEZİ ALSIN” – ƏFSANƏVİ FUTBOLÇU

Tarix:29-05-2019, 12:57
Baxış Sayı:188


“Mxitaryan qorxursa, özünə uşaq bezi alsın” – Əfsanəvi futbolçu

“Mxitaryanın Bakıya getməkdən imtina etməsini başa düşə bilmirəm. Kimdən qorxursan, hansı siyasi əlaqələrdən? Futbolçudur işini görməlidir, meydana çıxmalıdır”.

Korrupsiya-q.az xəbər verir ki, bu sözləri Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis deyib.

O, “Arsenal”ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıda keçiriləcək finala gəlməməsini doğru hesab etməyib. Kançelskis bildirib ki, Azərbaycan paytaxtında Mxitaryana heç kim problem yaratmayacaq: “Orda heç kim Mxitaryana problem yaratmaz. Fitə basmaq, qışqırmaq normal haldır. Maradona DÇ-də əllə qol vuranda da hər kəs onu fitə basmışdı. Lakin o, həyatdadır. Mxitaryan qorxursa, özünə uşaq bezi alsın. Qorxursa, qorxaq olduğunu etiraf etsin. İnsanın gücü olmalıdır. Mən klub olsaydım, peşəkarlıqdan kənar davrandığı üçün onu cəzalandırardım. Əgər Avropa Liqasını qazana bilməsələr, Mxitaryan günahkar olacaq. Çünki komandasına kömək etmədi”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı