Azərbaycan İdeyası

Qoşqar Təhməzli “Bizim Market”də 12 ton saxta yağ aşkarlanmasından danışdı: “Bu, cinayət faktıdır”

Tarix:17-01-2020, 14:14
Baxış Sayı:124


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin mağazasında aşkarlanan 12 ton saxta kərə yağı ilə bağlı məsələyə münasibət bildirib.
Koryupsiya-q.az məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu, cinayət faktıdır:
“Hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar. Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.
Həmin əmtəə nişanı altında, ümumiyyətlə, kərə yağı yoxdur. Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar”.
Sədr “Bizim Market”in Qida Təhlükəsizliyi Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, market bu məsələdə AQTA-nı günahlandıra bilməz:
“Hər hansı bir şəxs, cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsulları barədə məlumat veririk.
Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı “Bizim Market”i günahlandırmamışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayətkar dəstə iştirak edib, digər şirkətin əmtəə nişanını oğurlayıb və saxtalaşdırıb”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı