Azərbaycan İdeyası

Azərbaycanın ilk smart mebeli istehsal olundu - VİDEO

Tarix:17-03-2020, 11:15
Baxış Sayı:101



İstər fiziki, istərsə də korporativ müştərilərin fərdi istəkləri əsasında mebellər istehsal edən “Qardaşlar Mebel” şirkəti smart mebellərin istehsalına başladığını açıqlayıb.
Şirkətin rəhbəri Əli Mirzəyev smart mebellərin istehsalının çoxdan planlaşdırılmış bir addım olduğunu söyləyıb:
“Mən hesab edirəm ki, texnologiyanın inkişafı mebel sektorundan da yan keçməməlidir. Müxtəlif təyinatlı cihazlar insanların işlərini asanlaşdırdığı kimi, biz də istehsal etdiyimiz mebellərə müxtəlif funksionallıqlar əlavə etməklə alıcıların həyatına rahatlıq qatmalıyıq.
Bu baxımdan, “Qardaşlar mebel” şirkəti olaraq insan davranışları əsasında smart mebellər istehsal etməyi qərara almışıq. Biz bu istiqaməti ilkin mərhələdə ofis mebellərinə tətbiq etməyi planlaşdırırıq.
Araşdırmalarımız göstərir ki, istər özəl, istərsə də dövlət sektorunda çalışanlar günlərinin çox hissəsini ofisdə oturaq vəziyyətdə keçirir. Bu isə bir çox hallarda həm sağlamlığa, həm də işin keyfiyyətinə ciddi təsir göstərir. Təqdim edəcəyimiz ofis masaları tənzimlənən olduğu üçün insanlar həm oturaq, həm də ayaqüstü formada işlərini görə biləcəklər. Bu da artıq çəkinin yaranması və onurğa sütununda yarana biləcək fəsadların qarşısını almaqda yardımçı olacaq”.
Şirkət rəhbəri təqdim edəcəkləri ofis masalarına əlavə etdikləri texnoloji üstünlüklər haqqında məlumat verərək bildirdi ki, əlavələr insanın gündəlik həyatında lazım olan elementlərdən ibarətdir.
“Əvvəllər ofis mebellərinin məhdud funskionallığı var idisə, indi mebel ilə texnologiyanın vəhdəti sayəsində daha geniş imkanlar yaratmaq mümkündür. Biz ilkin mərhələdə hündürlüyü tənzimlənən ofis masalarına noutbuku soyutmaq üçün soyutma sistemi, fincandakı mayeni isti saxlamaq üçün qızdırıcı, telefonu şarj etmək üçün naqilsiz qurğu, blutuz ilə çalışan səs sistemi və iki ədəd USB giriş yeri quraşdırmağı nəzərdə tutmuşuq.
Artıq smart mebelin prototipi hazırlanıb. Sifarişlərin çoxluğundan asılı olaraq, istehsal həcmini artırmağa hazırıq. Bu, yerli mebel şirkətləri arasında bir ilkdir və gələcəkdə bu istiqamət üzrə fəaliyyətimizi genişləndirməyi planlaşdırır, mebel ilə texnologiyanın inteqrasiyasını mebelin digər növlərinə də tətbiq etməyə çalışacağıq”.
Qeyd edək ki, şirkət həmçinin 2020-ci ildə Amerika bazarına mebel satmağı planlaşdırır.
“Qardaşlar mebel” artıq ABŞ-da bu istiqamətdə bir neçə şirkətlə danışıqlara start verib. Hal-hazırda “Qardaşlar mebel” Azərbaycan üzrə 16 mebel kateqoriyası üzrə təmsil olunmaqdadır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı