Azərbaycan İdeyası

“Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı” – Smart kartlar “öz-özünə” niyə koda düşür?

Tarix:15-08-2016, 12:18
Baxış Sayı:319

“Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı” – Smart kartlar “öz-özünə” niyə koda düşür?
Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyinin Abşeron idarəsinə məxsus smart kartların tez-tez koda düşməsi vətəndaşların ciddi narazılığa səbəb olmaqdadır. Vətəndaşlar smart kartların “öz-özünə” necə koda düşdüyünü anlamır, hər bu cür halla qarşılaşanda qurumun Xırdalan şəhərindəki idarəsinə müraciət etmək məcburiyyəti qarşısında qalır.
Bugünlərdə özəl mənbədən 24saat.org-a daxil olan məlumat “Azəriqaz” İB-in kod əməliyyatına aydınlıq gətirib. Mənbənin verdiyi məlumatdan bəlli olub ki, əslində smart kartlar heç də “öz-özünə” koda düşmür. Belə ki, kartların koda düşməsi “Azəriqaz”İB-in öz əməkdaşlarının “zəhməti” sayəsində baş tutur ki, bunda da məqsəd vətəndaşların idarəyə müraciət edib kodun açılması üçün pul ödəməsini təmin etməkdir. Belə ki, koda düşən kartın koddan çıxarılması üçün vətəndaşlardan bəlli məbləğdə xidmət haqqı tələb edilir ki, bu da əlavə gəlir deməkdir. Mənbənin sözlərinə görə, “Azəriqaz” İB-in bu kələyi tədricən ictimaiyyətə bəlli olsa da, hələ də qurumun əməkdaşları smart kartların koda düməsinə görə məsuliyyəti vətəndaşların üzərinə qoymaqda, onları kartdan düzgün istifadə etməməkdə ittiham etməkdədir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı