Azərbaycan İdeyası

Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO

Tarix:14-05-2020, 12:16
Baxış Sayı:104


Ünvanlı dövlət sosial yardımı alanların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Sosial yardım almaq hüququ ilə əlaqədar vətəndaşlar üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər aliment, fiziki qüsurlu insanlara baxma və qeydiyyat ünvanı kimi məsələləri də əhatə edir.
Korrupsiya-q.az Xəzər TV-yə istinadla xəbər verir ki, aliment alan və verən şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olacaqlar. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvü birinci dərəcə əlilliyi olan şəxsə baxırsa, bu zaman o da ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə biləcək. Bütün bu yeniliklər ''Ünvanlı dövlət sosial yardımı haqqında'' qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyir ki, qanuna təklif edilən dəyişikliklər vətəndaşların dövlətin bu yardımına əlçatanlığını təmin etmək məqsədi daşıyır.
Qüvvədə olan qanunvericiliyə görə, vətəndaşlar dövlətin bu qayğısından yararlanmaq üçün mütləq qeydiyyatda olduqları ərazi üzrə müraciət etməlidirlər. Musa Quliyevin sözlərinə görə, bu şərt də aradan qaldırılacaq.
Bütün bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı