Azərbaycan İdeyası

ÜNVANLI YARDIM FIRILDAQLARI DAVAM EDİR

Tarix:5-04-2018, 12:09
Baxış Sayı:329

Ünvanlı sosial yardımın alınması prosesində son illərin təhlili onu göstərir ki, müraciət zamanı bürokratik hallara tez-tez rast gəlirdik. Prosesin ilkin mərhələsindən son təyinatın aparılmasına, qərarın çıxarılması prosesinə qədər daim vətəndaş-məmur ünsiyyəti yaranırdı. Yardım təyin olunarkən də subyektiv amillərin təsiri də aşkar görünürdü. Artıq tətbiq edilən yeni qaydalara əsasən, bürokratik əngəllərin, vətəndaş-məmur ünsiyyətinin, neqativ halların qarşısının alınması nəzərdə tutulur.

Cəlilabad rayonunun Ocaqlı kənd sakini Əhmədova Rəvanə Əhmədulla qızı redaksiyamıza ərizə ilə müraciət edərək, Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı tərəfindən aldadıldığını bildirib. Əməkdaşlarımız Cəlilabadda ezamiyyətdə olarkən, R.Əhmədova ilə görüşüblər və o, ərizəsində yazdıqlarını təsdiqləyib.
Onun sözlərinə görə, işsizdir, ailəsi özündən və 3 qız övladından ibarətdir. ƏSMM-nin ünvanlı sosial yardım şöbəsinin işçisi ondan ailəsinə yardım təyin edilməsi qarşılığında plastik kartını 4 ay özündə saxlayacağını şərtləşib. Həmin müddət ötəndən sonra kart Rəvanə xanıma qaytarılsa da, sonrakı aylarda daha onunla bankomatdan pul çıxarmaq mümkün olmayıb. Əhmədova belə qənaətə gəlib ki, yəqin, yardımın qüvvədə olduğu müddət də bitib. Odur ki, problemi KİV-də ictimailəşdirməyi, aidiyyəti instansiya rəhbərlərinin diqqətinə çatdırmağı xahiş edib.
Qeyd edək ki, R.Əhmədovanın dedikləri sübuta yetirilsə, fakt hüquq müstəvisində təkcə aldatma kimi deyil, cinayət kimi qiymətləndirilməlidir. Kartla bankomatdan ilk ayların yardım pulunu kimi çıxardığını müəyyənləşdirmək isə texniki cəhətdən çətin deyildir.
Onu da xatırladaq ki, ünvanlı sosial yardım hec cür 4 aylığa təyin oluna bilməz. Ünvanlı dövlət sosial yardımı haqqında qanuna görə iki il müddətində təyinat aparılır.

X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı