Azərbaycan İdeyası

Manat yenidən möhkəmlənəcək

Tarix:22-12-2015, 10:45
Baxış Sayı:386

Manat yenidən möhkəmlənəcək
Manat yenidən möhkəmlənəcək
Manat yenidən möhkəmlənəcək


Son devalvasiya hökumətin içərisində yeni eraya uyğunlaşa bilməyənlərin dəyişdirilməsi prosesini bir az da sürətləndirəcək...
Milli səviyyədə həyata keçirilmiş bir tədbirin doğurduğu reaksiyaları qarşılamaq və insanların beyinlərindəki şoku aradan qaldırmaq üçün xalqın qarşısına çıxacaq yüzlərlə məmur və siyasətçinin hansı əmsalda dəyər itirdiyini təyin etmək də o qədər də çətin deyil..."
"Korrupsiya və Qanun" saytı Milli.Az a istinadən xəbər verir ki, bu və digər fikirləri Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc özünün sosial şəbəkələrdən birində paylaşdığı statusunda qeyd edib. Milli.Az həmin yazını oxuculara təqdim edir:
"Milli Məclisin ötən iclasında Xəzər dənizinə gedən yolların bağlanması haqda ağızdolusu danışanlara bütövlükdə ölkəni görməyə mane olan qalın divarlardan, Şərq mentallığının ayrılmaz hissəsinə çevrilən və qardaşı-qardaşdan uzaqlaşdıran, inamsızlıq və qorunma simvolu olan sədlərdən bəhs edən düşüncələrimizi bölüşmüşdük. Gerçəkdən də ağır yükə çevrilmiş daşlı həyatımız nəinki Qaradağın əriyərək yerində bütün ölkə boyu kiçik qəsrlərin qurulmasına səbəb oldu, üstəlik də nə qədər vətən torpağı həmin hasarların altında qalaraq işğala məruz qaldı. Ona görə dənizlə bizim aramızda deyil, hər birimizi və ölkəni bürüyən daş qalalardan azad olmadan həyatımızı yüngülləşdirmək mümkün deyil.
Bu gün manatın növbəti dəyər itirməsi hadisəsi ilə oyanan insanımızın daxili halında da həmin hasarların izi görünür.
Gerçəkdən də hər bir millət daxili temperamentindən, yaxud varlılıq dərəcəsindən asılı olmayaraq, devalvasiyanı süngü ilə qəbul edir.
Hökumətin fevral ayındakı qərarından sonra çevik iqtisadi və maliyyə qərarları vermədən növbəti "şok terapiyası"na getmək nə dövlət, nə də vətəndaş üçün xeyir verə bilərdi. İndi Mərkəzi Bankın 3 milyard dollar qazandığını iddia edənlər digər indekslər - məsələn, xarici valyutada olan borcumuzdan çıxış edib əks-nəticə ilə üz-üzə qalacaqlar. Bəs hamının baş sındırdığı manat gerçək dəyərinə necə qovuşmalıdır? Axı pul da əmtəədir və o da valyutalararası birjada satılmalıdır. Tələb və təklif əsasında onun qiyməti formalaşmırsa, kabinetlərdən kurs diktə etməklə nəyə nail olmaq olar?
Yaxud, müstəqil bir ölkənin vətəndaşları bütün iqtisadi fəlaiyyətlərini dondurub hər gün Nyu-York birjalarında kotirovkaları gözləyə bilməz ki. Manatıın dollardan asılılığı ilə onun bir resursdan formalaşması anlayışı tamam ayrı məsələlərdir.

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!