Azərbaycan İdeyası

Yumurta bahalaşıbmı? - İstehsalçılardan AÇIQLAMA

Tarix:16-03-2023, 14:18
Baxış Sayı:229

Yumurta bahalaşıbmı? - İstehsalçılardan AÇIQLAMA

Son günlər bəzi internet media resursları və sosial şəbəkələrdə Azərbaycanda yumurtanın bahalaşmasına dair əsası olmayan məlumat yayılıb.

Bu barədə Azərbaycanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının birliyi olan Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyi (APEPEA) məlumat yayıb.

APEPEA idarə heyətinin sədri Mürvət Həsənli bildirir ki, bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər səsləndirirlər:

“Quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib. Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri Novruz bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim tətbiq ediblər”.

M.Həsənli vurğulayıb ki, Azərbaycanda hazırda yumurta istehsalında artım müşahidə olunur:

“Yerli quşçuluq müəssisələrinin istehsalı xeyli artaraq, daxili tələbatdan da yüksək səviyyəyə çatıb. Fevralın 7-də Nazirlər Kabineti yem və yem əlavələrinin idxalını gömrük rüsumundan azad edən qərar, fevralın 27-də isə Prezident İlham Əliyev yem və yem əlavələrinin idxalını bu ilin sonunadək ƏDV-dən azad edən fərman imzalayıb. Bu, ölkəyə idxal olunan əsas yem və yem əlavələrinin qiymətinin azalmasına imkan verir. Bu addımlara qarşılıq olaraq quşçuluq müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma gedilməməsi mövqeyindədirlər. Digər tərəfdən, yumurta istehsalının bol olduğu bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi baxımdan maraqlı ola bilməzlər”.
Birlik rəhbəri onu da bildirir ki, yumurta istehsalçıları ötən ildən bəri daxili tələbatdan artıq olan məhsulun xarici bazarlara çıxarılması prosesini işə salıblar:

“Yumurta ixracı hazırda da davam edir. Çünki istehsal yerli tələbatdan yüksəkdir, istehsalçılar bu fürsətdən yararlanırlar”.

M.Həsənlinin sözlərinə görə, ola bilsin ki, ölkənin bəzi bölgələrində hansısa orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib qiymətləri qaldırıblar:

“Bakıda və regionlarda filialları olan böyük market şəbəkələrinin heç birində qiymət artımı yoxdur. Biz vaxtaşırı monitorinqlər edirik, xüsusilə belə həssas dövrlərdə sui-istifadəyə yol verilməməsinə çalışırıq. Çünki məhsulun topdansatış qiymətində hər hansı artıma gedilməyib. Sevindirici haldır ki, bir sıra iri market şəbəkələrində bayram münasibətilə yumurtanın qiymətində endirim edilib. Bu, yerli müəssisələrin məhsullarına aiddir. Ola bilər ki, xaricdən idxal edilən yumurtaların qiymətində artım var, bunun bizə - Azərbaycan quşçuluq müəssisələrinə heç bir aidiyyəti yoxdur”.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama