Azərbaycan İdeyası

Bakıda yumurtanın qiymətində yenidən bahalaşma müşahidə olunur

Tarix:10-08-2017, 15:32
Baxış Sayı:295


 Bakıda yumurtanın qiymətində yenidən bahalaşma müşahidə olunur
Hazırda yumurtanın 1 ədədinin satış qiyməti 0.12 AZN təşkil edir.
Bir neçə ay əvvəl yumurta 8 qəpiyə qədər ucuzlaşmışdı. Amma bazarlarda yumurta yenə qalxıb.
Təbii ki, yumurtanın bahalaşması toyuq məhsullarının qiymətinə də təsir edə bilər. Ölkədə durmadan bahalaşma davam edir. Ölkəyə idxal olunan məhsulların qiymətində artım daha fantastik müşahidə olunur.
Mağaza sahiblərinə qeyri-rəsmi tapşırıq gəlib. Onlara göstəriş verilib ki, qiymət artımı sakit və mərhələli şəkildə həyata keçirilsin.
Bununla da əhalidə panika və ajiotaj yaranmasın. Nəticə etibarı ilə istehlakçı hər gün mağazaya daxil olanda yeni tariflərlə qarşılaşır. Ancaq görünür ki, təkcə idxal deyil, yerli məhsullar da artmaqdadır.
Bazarlarda, yarmarkalarda, supermarketlərdə qiymətlər əl yandırır. Aztəminatlı ailələr, məcburi köçkünlər, minlərlə işini itirmiş, az maaşla dolanan, ünvanlı sosial yardım hesabına sürünən ailələr var ki, normal bazarlıq etməyə imkan tapmır.
Korrupsiya və Qanun saytı İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, bildirir ki, imkanlı, vəzifəli adamları bu vəziyyət narahat etmir.
Onlar uşağına, ailəsinə istədiyi naz-neməti almağa gücü çatır. Bizim kimilər isə bir qarın çörəyə möhtacdır. Bir çox ailələrdə kişilər fəhlə işləyib günə 5-10 manat qazanır.
Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.

Ekspertlər bildirirdilər ki, iqtisadi gərginlik 2017-ci ildə də davam edəcək. Hətta ola bilsin ki, bu gərginlik daha sərt formada olsun. 2017-ci ildə yüksək inflyasiya ölkənin makro iqtisadi sabitliyinə problem yaradacaq.

Bu, qiymətlərin qalxmasına səbəb olacaq. Həmçinin maaşların qiymət artımına adekvat olmadığı aydın şəkildə hiss olunacaq. Bu da sosial gərginlik yaradacaq və əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq.
0000
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda gözlənilməz hadisə baş verdi
Əhaliyə bəd xəbər - Bıcaq iliyə dirənir...
YENƏ BƏD XƏBƏR - Növbəti bahalaşma dalgası...
Yumurta 7 qəpiyə oldu - VİDEO
Ətin qiymətini kim qaldırır?

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı