Azərbaycan İdeyası

İpoteka ilə bağlı hansı dəyişikliklər gözlənilir?

Tarix:27-01-2016, 12:21
Baxış Sayı:437

İpoteka ilə bağlı hansı dəyişikliklər gözlənilir?


Mərkəzi Bankın ipoteka kreditləri şərtlərinin sadələşdirilməsi ilə bağlı prosesi sürətləndirməsi təqdirəlayiqdir.
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə bunu Axar.az-a iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, şərtlərin sadələşdirməsində məzənnənin nəzərə alınmasına ehtiyac var:
“İpoteka kreditləri üzrə faiz yüksək, şərtlər kifayət qədər ağırdır. Hesab edirik ki, ipoteka ilə bağlı bu sadələşmələr nəzərə alınmalıdır: Birincisi, ilkin ödənişlə bağlı şərtlər yumşaldılmalıdır. Mövcud qaydalara əsasən, ən azı 20 faiz ilkin ödəniş həyata keçirilməlidir. Ancaq bu rəqəmin ən çoxu 20 faiz olmasına ehtiyac var. Çünki bəzi banklar 40, hətta 50 faiz ilkin ödəniş tələb edirlər. İkincisi, İpoteka Fondu yanında İpoteka Zəmanət Fondu da formalaşdırılmalıdır ki, ilkin ödənişi ödəmək imkanı olmayanlar 100 faiz kredit götürə bilsinlər. Üçüncüsü, rayonların ipoteka kreditlərindən istifadəsi ilə bağlı tavan müəyyənləşməli, növbəti dövr üçün ayrılan vəsaitlərin ən azı 50 faizi rayonların payına düşməlidir.
Dördüncüsü, elektronlaşma davam etdirilməlidir ki, vətəndaş daha az prosedurlarla ipoteka krediti ala bilsin.
Eləcə də qiymətləndirmənin prosesə cəlb edilməsi bankların öz maraqlarına uyğun olaraq qiymət şişirtmələrinin qarşısını alacaq”.
V.Bayramov bankların birləşdirilməsinə də münasibət bildirib:
“Prosesi davam etməlidir. Çünki Azərbaycanda bankların sayı ilə bağlı standartlar yoxdur və digər ölkələrlə müqayisədə daha çoxdur. Qazaxıstanda cəmi 35 bank fəaliyyət göstərir, baxmayaraq ki, bu ölkənin iqtisadiyyatı daha böyükdür. Konsolidasiya prosesi şəffaf olmalı, banklarda monopoliyaya gətirib çıxarmamalıdır. MB çalışmalıdır ki, zəif bankların konsolidasiyası bu sektorda rəqabəti boğmasın, əksinə gücləndirsin. Növbəti dövrlərdə də bankların mərhələli birləşməsi həyata keçiriləcək”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ən geci gələn aydan ipoteka kreditlərinin yeni əsasda veriləcəyini açıqlayıb. Bank sədri bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır.
*

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı