Azərbaycan İdeyası

İşsizlik müavinəti 20 manat artırıldı

Tarix:5-02-2016, 13:33
Baxış Sayı:414

İşsizlik müavinəti 20 manat artırıldı


Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, işsizlik müavinətinin və yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğləri artırılıb və hər iki məbləğ 75 manat müəyyənləşdirilib.
İndiyə qədər işsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manat miqdarında olub.
Bundan başqa Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası haqqında” qərarında dəyişikliklər edib. Dəyişiklik Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri ilə əlaqədardır.
Dəyişikliyə əsasən Nazirlər Kabineti aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə və Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri sırasına daxil edilib, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxişev və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri Novruzəli Orucov Komissiyanın üzvlüyündən çıxarılıblar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı