Azərbaycan İdeyası

Mingəçevirlilərə iş veriləcək

Tarix:5-11-2015, 11:35
Baxış Sayı:403


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 6-da Mingəçevir şəhərində əmək yarmarkası keçirəcək.
"Korrupsiya və Qanun" qəzetinə istinad olaraq Nazirlikdən Publika.az-a verilən məlumata görə, yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.
Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 54 Əmək yarmarkası təşkil olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı