Azərbaycan İdeyası

8-ci kilometr bazarında antisanitariya - VİDEO

Tarix:16-06-2016, 23:57
Baxış Sayı:477

8-ci kilometr bazarında antisanitariya - VİDEO
Havalar isindikcə bazarlarda antisanitariya artır. Bu halı paytaxtdaki 8-ci kilometr adlanan bazarda da görmək mümkündür. Maraqlısı budur ki, məhsullar natəmiz şəraitdə satilır, amma alıcılar da kifayət qədər çoxdur. Mütəxəssislər isə bu halın insan həyatı üçün təhlükəli olduğunu bildirir.

Balıqlar qızmar günün altında, ağartı məhsulları isə açıq havada və natəmiz şəkildə satılır. Ətraf isə zibilliyi xatırladır. Açıq havada və natəmiz şəraitdə olan bazarda antisainitariya baş alıb getsə də alıcı sıxlığı yaşanır.

Bazarda olan bəzi müştərilər isə natəmizliyə görə sadəcə bir qisim məhsulları burdan aldıqlarını deyirlər.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin şöbə müdiri İmran Abdullayev bildirir ki, bu şəkildə satılan mallar insan həyatı üçün təhlükə mənbəyidir.

İmran Abdullayevin sözlərinə görə, sözügedən müəssisəyə qarşı 2 il bundan əvvəl eyni hala görə cərimə tətbiq edilib, lakin sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından orada planlı yoxlama aparılmır. Amma əgər vətəndaşlardan müraciət daxil olarsa yenidən həmin ərazidə yoxlama aparıla bilər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı