Azərbaycan İdeyası

3-cü devalvasiyanın vaxtı açıqlandı - Ekspertdən bədbin proqnoz

Tarix:24-06-2016, 18:43
Baxış Sayı:688

3-cü devalvasiyanın vaxtı açıqlandı - Ekspertdən bədbin proqnoz
Azərbaycanda 3-cü kəskin devalvasiya baş verəcək. 1 dolların 2 manatdan da baha olması qaçılmazdır".

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov valyuta bazarında bu gün yaranan gərginlik və dolların satışının bahalaşmasına münasibət bildirərəkən deyib.

Əkrəm Həsənov bildirib ki, manatın devalvasiyası qaçılmazdır: "Manatın məzənnəsi indiyə qədər süni qaydada saxlanılır. Bu Mərkəzi Bankın inzibati yolla saxladığı məzənnədir. Manatın bundan sonra da ucuzlaşması və yaxın bir ildə 1 dolların 2 manatdan da baha olması qaçılmazdır. Bu hadisə tez də baş verə bilər. Çünki Mərkəzi Bank məzənnəni inzibati qaydada tənzimlədiyi üçün inzibati qayda devalvasiya da ola bilər. Hazırda manatın məzənnəsini saxlamaq üçün hökümət külli miqdarda pul xərcləyir. Təbii ki, bunun da sonu olmalıdır".

Ekspertin sözlərinə görə, Böyük Britaniyanın Avropa Birliyindən çıxması dünyada qlobal və uzun müddətli dərin maliyyə böhranına aparan bir hadisədir: "Azərbaycan kimi iqtisadiyatı böhran içində və bərbad maliyə sistemi olan dövlət üçün bunun nəticələri ağır olacaq. Son hadisənin təsirini artıq hiss edirik. İstisna deyil ki, devalvasiya tezliklə olsun. Bu gün artıq valyuta dəyişmə məntəqələrinin bağlanması, kursu qaldırmaları və valyuta satışını dayandırmaları xəbərini eşitdik. Bütün hallarda manatın ucuzlaşması qaçılmazdır. Ola bilsin vəziyyət daha da pis olsun. İlin axırına və gələn ilin ortalarına qədər Azərbaycanda kəskin 3-cü devalvasiya baş verəcək".

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib