Azərbaycan İdeyası

"Manatın dəyərdən düşmə prossesi sürət alacaq" - Hökümət islahata getməlidir

Tarix:8-07-2016, 18:19
Baxış Sayı:357

"Manatın dəyərdən düşmə prossesi sürət alacaq" - Hökümət islahata getməlidir
"Gecikmək Azərbaycan üçün çox böyük fəlakətlərə gətirib çıxara bilər. Manatın dəyərdən düşmə prossesi sürət alacaq".

Bu sözləri "Qaynarinfo.Az"-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Reytinq Agentliklərinin Azərbaycanın reytinqini yenidən aşağı salmasına münasibət bildirərkən deyib.

Natiq Cəfərli qeyd edib ki, neftdən asılı olan dövlətlərin iqtisadiyyatının yaxşı olmadığı Beynəlxalq Reytinq Agentliklərinin bundan öncəki hesabatında da qeyd olunmuşdu: "Neftdən asılılığı azaltmaq üçün resurs ölkələrə bəzi təkliflər də verilmişdi ki, müxtəlif addımlar atılmalıdır. Bu addımların içində çox ciddi struktur islahatlar da yer almalıdır. Təəssüf ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu təkliflərə barmaq arası yanaşır. Hansı ki, bu struktur islahatları ilə bir müddət sonra, nefdən asılılığı yavaş-yavaş azaltmağ olardı. Amma heç biri olmadı. Bəzi kosmetik dəyişiliklər var ki, bu da vəziyyətin fundamental şəkildə dəyişməsinə yardımçı olmur. Ona görə də reytinq agentlikləri bir-birinin ardınca, Azərbaycanın reytinqini aşağı salması davam edəcək. Üç böyük agentliyin reytinqi salmasının Azərbaycana neqativ təsirləri kredit faizlərinin yüksəlməsi ilə olacaq. Azərbaycan Beynəlxalq Maliyyə strukturlarından daha yüksək faizlə kredit götürməyə məcbur olacaq. Çünki reytinqlərin verilməsinin əsas məqsədi də bundan ibarətdir. Beynəlxalq inistutlar həmin ölkələrin reytinqlərinə görə faizlər hesablayır".
"Manatın dəyərdən düşmə prossesi sürət alacaq" - Hökümət islahata getməlidir
Natiq Cəfərli

Ekspertin sözlərinə görə, Azərbaycanda da ciddi borclanmaya ehtiyac var: "Bununla bağlı danışıqlar gedir. Reytinqin aşağı düşməsi Azərbaycana baha başa gələcək. Bu daxili iqtisadi vəziyyətə təsir edən çox ciddi amillərdən biridir. Neftin qiymətinin yenidən enişə keçməsi və gələcəkdə daha da aşağı düşməsi ehtimalı Azərbaycanda makroiqtisadi göstəricilərin tamamına təsir göstərəcək. O cümlədən, manata basqıları artıracaq. Manatın dəyərdən düşmə prossesi sürət alacaq. Reytinqin aşağı düşməsi borclanma faizini artırmaqla yanaşı, investorlara da bir mesajıdır. Reytinq nə qədər aşağıdırsa, bir o qədər də az investor ölkəyə gələcək. Azərbaycanın indiki zamanında isə investorlara və onun gətirəcəyi valyutaya çox böyük ehtiyac var".

Natiq Cəfərlinin fikrincə, bu cür vəziyyətdə sehirli çubuğun effekti olmur: "Bir ay içində bu vəziyəti dəyişmək mümkün deyil. Sadəcə Azərbaycan höküməti ən azından 2014-cü ildə dünya bazarlarında neftin qiyməti aşağı düşməsi sürətlənən zaman, böhranın olduğunu qəbul etməliydi. Anti böhran proqramı hazırlamalı idi. Lakin hökümətin işi zaman itirmək oldu. Onlar gözlədilər ki, bu prosess davamlı olmayacaq, neftin qiyməti qalxacaq və Azərbaycanın probremləri yenidən öz həllini tapacaq. Təəssüf ki, bu baş vermədi. Yaxın gələckdə baş vermə ehtimalı da çox azdır. Ona görə də, artıq gecikməyə Azərbaycan hökümətinin haqqı və hüququ yoxdur. Çünki bu gəlcəkdə daha böyük problemlərə səbəb olacaq. Vaxt itirmədən köklü struktur və idarə etmə islahatlarına keçmək lazımdır. Həm iqtisadiyyatda, həm siyasətdə böyük islahatlar etmək lazımdır ki, bir müddət sonra bunun bəhrəsini görək. Biz islahatların aparılmasında nə qədər gecikiriksə, gələcəkdə daha çox xərc və daha çox zaman istəyəcək. Gecikmək Azərbaycan üçün çox böyük fəlakətlərə gətirib çıxara bilər".

Qafqaz Rafiqoğlu

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur