Azərbaycan İdeyası

SOCAR: "Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir"

Tarix:4-08-2026, 12:30
Baxış Sayı:3

SOCAR: "Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir"
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumata görə, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2.4% olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Qeyd edilən işçi dövriyyəsinin əksəriyyəti işçilərin təbii axını hesabına baş verib.

Həmçinin qeyd edilib ki, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir: "Bu istiqamətdə həyata keçirilən tədbirlər təşkilati strukturun təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması və mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edir. Sözügedən proseslər qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir".

SOCAR-dan onu da bildiriblər ki, 2025-ci ildə "Sustainable Fitch" reytinq agentliyi tərəfindən SOCAR-ın Ətraf mühit, Sosial və Korporativ idarəetmə istiqamətləri (ESG) üzrə fəaliyyəti beynəlxalq "ER3" reytinqi ilə qiymətləndirilib: "Bu da qeyd olunan istiqamətlər üzrə SOCAR-da əsas siyasətlər və proseslərin mövcudluğunu, eləcə də beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda olduğunu ifadə edir. Həmçinin SOCAR 2024-cü ildə öz Ətraf mühit, Sosial və Korporativ idarəetmə (ESG) hədəflərinə sadiqliyini nümayiş etdirərək "MSCI" ("Morgan Stanley Capital International") beynəlxalq reytinq agentliyi tərəfindən Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub. Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, SOCAR Qrupa daxil olan müəssisələrin hər biri ayrılıqda hüquqi şəxs və işəgötürən qismində fəaliyyət göstərir və hər bir müəssisədə əmək münasibətləri üzrə bütün əməliyyatları Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə, eləcə də işçilərin əmək hüquqlarının qorunması, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində qeyd edilən prinsiplərə uyğun həyata keçirir".

SOCAR fürsətdən istifadə edərək ictimaiyyəti və maraqlı tərəfləri yalnız şirkətin rəsmi məlumatlarına istinad etməyə çağırır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı