Azərbaycan İdeyası

Neftin bahalaşması manata təsir edir - Nazir

Tarix:7-04-2017, 11:16
Baxış Sayı:270

 Neftin bahalaşması manata təsir edir - Nazir

Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib. Bilirsiniz ki, biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Biz mütəmadi şəkildə karteli bununla bağlı məlumatlandırırıq.
Bunu APA-ya açıqlamasında Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, neftin qiymətinin 50-60 dollarlıq dəhlizdə formalaşması Azərbaycanı qane edir: "Mən deyərdim ki, bu gün vəziyyət yaxşıdır. Biz nəyə nail olduq? Yeni ildən etibarən neftin qiyməti stabilləşib. Azərbaycan üçün mühüm olan odur ki, dünya bazarında neftin qiyməti 50-60 dollar ətrafında formalaşsın. Qiymət bundan aşağı enərsə, Azərbaycan zərərlə üzləşir. Hesab edirəm ki, neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir. Bilirsiniz ki, OPEC və kartelə daxil olmayan ölkələrin nazirlərindən ibarət Monitorinq Komitəsi yaranıb. Biz işimizə buna müvafiq olaraq qururuq. Monitorinqlər bu ilin birinci yarısını əhatə edəcək. Komitə ayrı-ayrı ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsinə və bunun qlobal bazara təsirinə nəzarət edəcək. Mayın 19-da OPEC və kartelə daxil olmayan ölkələrin növbəti iclası keçiriləcək. Həmin iclasda Monitorinq Komitəsi hesabatını təqdim edəcək. Müxtəlif təkliflər var. Ancaq qərar konsensus əsasında qəbul edilməlidir. Mən ölkələrin adlarını çəkmək istəmirəm, amma bəzi ölkələr var ki, neft hasilatını artırır. Halbuki biz bunun əksinə nail olmaq üçün birgə səy göstəririk. Bilirsiniz ki, bu cür addımlar neftin qiymətinə mənfi təsir edə bilər. Görünən odur ki, bəzi ölkələr üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirlər. Biz neftin qiymətinin daha artmasından çox onun stabil qalması barəsində düşünməliyik. Bunun üçün tutarlı tədbirlərin görülməsinə ehtiyac var".
Nazir qeyd edib ki, neftin bahalaşması "qara qızıl" istehsal edən ölkələrin dövlət büdcələrinə müsbət təsir edib, onların milli valyutalarının möhkəmlənməsinə səbəb olub. "Şübhəsiz ki, neftin bahalaşması manata təsirsiz ötüşmür və biz bunu son proseslərdən də müşahidə edirik", - deyə N. Əliyev əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı