Azərbaycan İdeyası

Baş nazirin müavini dərman qıtlığından DANIŞDI

Tarix:8-04-2017, 14:20
Baxış Sayı:349


 Baş nazirin müavini dərman qıtlığından DANIŞDI
“Azərbaycanda dərman peraparatları ilə bağlı problemlərin yaranmasında əsas rol oynayan səbəblərdən biri odur ki, dərmanlar əsas etibarilə ölkəyə idxal olunur”.
Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dərman qıtlığı ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, bu səbəblə dərmanların Azərbaycanda istehsal olunması üçün ciddi işlər görülür: “Biz dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi addımını atdıqdan sonra dərman bazarında müəyyən proseslər baş verib, məsələn, müəyyən adamların vərdiş etdikləri dərman adlarından fərqli olaraq, eyni tərkibdə başqa dərmanların gətirilməsi ilə əlaqədar anlaşılmazlıqlar yaranıb. Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar. Amma eyni tərkibdə, eyni təsir gücünə malik olan başqa dərmanlar da var. Güman edirəm ki, yaxın zamanda Azərbaycanda bu məsələ də həllini tapacaq. Yəni, Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var. Mən xahiş edərdim ki, dərmana ehtiyacı olan vətəndaşlarımız öz həkimləri ilə məsləhətləşib, ehtiyac duyduqları dərmanların başqa adla apteklərdə olduğunu bilsinlər”. (apa)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı