Azərbaycan İdeyası

Gəncədə suyun 1 litri 40-50 qəpiyə satılır:“Azərsu”dan daha bir şikayət

Tarix:2-08-2017, 16:40
Baxış Sayı:298

Gəncədə suyun 1 litri 40-50 qəpiyə satılır:“Azərsu”dan daha bir şikayət

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Gəncə şəhəri, Əziz Əliyev küçəsi,11ünvanda yaşayan Cavadov Elçin Məhəmməd oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində böyük bir məhəllənin yaşadığı su problemindən bəhs edir. Müraciətdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin problemə sayqısızlığı, yarıtmaz fəaliyyəti də qeyd edilib. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“Cənab Prezident,mənim Sizə ünvanladığım şikayət məktubuna Azərbaycan Respublikası "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən belə bir qeyri-müəyyən cavab göndərilib.

Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və "Azərsu" ASC-nin sədrinə etdiyiniz müraciətə "Birləşmış Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Məlumat üçün bildiririk ki, Əziz Əliyev küçəsində yaşayan əhali və digər abonentlər içməli su ilə ərazidə yerləşən dalma və mərkəzdənqaçma nasosları vasitəsi ilə təmin edilir. Nasoslarda yaranmış nasazlıq müəssisə tərəfindən bərpa edilərək vətəndaşlara tərtib edilmiş qrafik üzrə su verilir və suyun verilməsi nəzarətdə saxlanılır.
İmza: Direktorun birinci müavini Vəli Həsənov

Cənab Prezident, məlumunuz edirik ki, Gəncə şəhərində içməli su xüsusi su maşınları ilə daşınaraq yaşayış binalarının qarşısında 10 litri 40 qəpiyə satılır və yaxud "Qazel" tipli maşınlarda kanistrlərə doldurularaq 10 litri 40-50 qəpiyə pərakəndə şəkildə satılır. Bizim şikayət etdiyimiz su isə , "Azərsu" rəhbərliyinin ərizəmizə cavabında iddia etdiyi kimi içməli su deyil. Bu artezian suyudur və yüksək codluq dərəcəsinə malikdir.

Gəncədə suyun 1 litri 40-50 qəpiyə satılır:

Digər tərəfdən, bu su ambara vurulur və bu ambarın içərisində isə siçovul leşinə kimi hər şey var. Həmin ambardan isə iki gündən bir, 30 kVt-
lıq mərkəzdənqaçma nasosu ilə cəmi 2 saat müddətinə növbə ilə yaşayış binalarına verilir. Əhali isə bu suyu "Aqidel" tipli motorlarla yaşayış binalarının damında olan su çənlərinə vurur və qənaətlə istifadə edir. Bu su içməli su ola bilərmi?
Digər tərəfdən mənim şikayət məktubum tamamilə başqa məzmundadır.
Mənim yazdığım şikayət məktubu aşağıdakı məzmundadır .



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV cənablarına


Məlumunuz edirik ki,biz Gəncə şəhər, Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik, aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib.
Məlumunuz edirik ki, yaşadığımız ərazini su ilə təmin edən artezian motoru 27 ədəd 4 mərtəbəli yaşayış binasına , çoxlu həyət evlərinə,1 universitet binasına xidmət edir. Əvvəllər burada suyu təzyiqlə verən motor 55 kVt gücündə idi. Su idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi. Onsuz da biz su ilə təmin olunmurduq. Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı. Hər bir adam əlavə olaraq "Aqidel" markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib. Hələ üstəlik, yaxınlıqda olan özəl tədris kursu və uşaq baxçası yerləşən binanı, habelə təzə qurulan Gəncə Avropa Parkını da daimi olaraq bu xəttə qoşublar, oradakı su çiləmə qurğuları da bura qoşulub. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir.Bu ambarın içərisində isə antisanitariya hökm sürür.
Yaşayış binalarına su iki gündən bir 2 saat verilir. Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə su birinci mərtəbələrə gəlmir ki,heç olmasa "Aqidel" nasoslarından istifadə edib su götürək. Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən, dəfələrlə su maşınları gətirib çənə su
vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır. Xahiş edirik ki,ərazini su ilə təmin edən mərkəzdənqaçma nasosunun yenidən 55 kVt-lıq qoyulması üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz”

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq