Azərbaycan İdeyası

"Azərbaycanda sahibkar olmaq çox asanlaşdırıldı"

Tarix:20-10-2015, 11:55
Baxış Sayı:459

Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına dair verdiyi son fərman və qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərməsi inqilabi addım kimi dəyərləndirilməlidir.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.
E.Hüseynli bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması və sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, lisenziyaların verilməsi xidmətinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi ümumilikdə ölkənin iqtisadi rifahına səbəb olacaq: "Düşünürəm ki, dövlətin bu cür siyasət aparması mövcud sahibkarlığın inkişafı ilə yanaşı, gənc sahibkarların yetişməsinə də ciddi töhfəsini verəcək. Daha dəqiq desək, artıq gənc sahibkarların yetişməsi üçün zəmin, münbit şərait yaradıldı. Sahibkarlar nəinki xırda, həmçinin regional, dünya əhəmiyyətli layihələrin reallaşmasında maraqlı olacaqlar. Yəni Azərbaycanda sahibkar olmaq çox asanlaşdırıldı. Onlara mane olacaq neqativ hallar aradan qaldırıldı".
QHT rəhbərinin sözlərinə görə, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsi xidmətinin "ASAN xidmət"də həyata keçirilməsi birbaşa şəffaflığa xidmət edəcək qərardır: "Korrupsiya və rüşvətxorluğa qarşı əsas mübarizə üsullarından biri prosedurların sadələşdirilməsidir. Prezident İlham Əliyev dəfələrlə çıxışında sahibkarlara qarşı neqativ halların olmasını yolverilməz hesab edib və bununla bağlı ciddi addımların atılacağını bildirib. Hər şey göz qabağındadır. Prezident lazımi qərarlarını verdi".
E.Hüseynlinin sözlərinə görə, bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev üçün ən ali məqsəd vətəndaşın hüququdur, onun rifahıdır: "Bütün bunlar cəmiyyətimizə xoş mesajdır, gələcəyə ümiddir. Demokratiyanın daha da möhkəmlənməsinə xidmət edir".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı