Azərbaycan İdeyası

Kredit kartlarının sayı 94 min azalıb

Tarix:9-04-2019, 13:25
Baxış Sayı:220


2019-cu ilin fevral ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 624 min ədəd təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, fevralda ödəniş kartlarının sayı 74 min ədəd artıb, kredit kartlarının sayı isə 94 min ədəd azalaraq, 779 min ədədə düşüb.
Kredit kartlarının bir ay ərzində belə sürətlə azalmasının səbəbinə gəlincə, əldə etdiyimiz məlumatlar göstərir ki, banklarda kredit kartlarının istifadə müddəti bitib. 2014-cü fevralında buraxılıb, 2019-cu ilin fevralında isə müddəti başa çatıb. Kartların müddəti isə yenilənmədiyindən saylarında bu qədər azalma baş verib.
Qeyd edək ki, yanvar ayı ilə müqayisədə, fevralda sosial kartların sayı 15 min ədəd artaraq, 2 milyon 535 min ədədə, əməkhaqqı kartlarının sayı 32 min ədəd artaraq 2 milyon 85 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 121 min ədəd artaraq, 1 milyon 225 min ədədə çatıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı