Azərbaycan İdeyası

"Azər-Aqro": Apardı alaq taxılı...

Tarix:20-06-2019, 14:22
Baxış Sayı:1 235

Prezident İlham Əliyev respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək üçün ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılmasını qarşıya məqsəd qoymuşdur. Eyni zamanda kənd təsərrüfatı bitkilərinin, o cümlədən, taxılın xəstəlik və zərərvericilərdən qorunması üçün kimyəvi bitki mühafizə vasitələrindən istifadə zəruri olaraq qalır. Lakin onların tətbiqi aparılmış müşahidələrin nəticələrinə əsaslanaraq hər bir konkret sahə üçün iqtisadi zərərvermə həddləri və xeyirli həşaratların (entomofaqlar) səmərəlilik həddi nəzərə alınmaqla həyata keçirilməlidir.
Beyləqan rayonundakı keçmiş Damazlıq-Qoyunçuluq Sovxozunun ərazisində "Azər-Aqro" MMC tərəfindən əkilmiş taxıl sahəsində apardığımız müşahidələrdən aydın görünür ki (videomaterial təqdim olunur), sahədə vaxtında bitki mühafizə tədbirləri keçirilmədiyindən, taxılı alaq otları büsbütün bürüyüb. Öyrənmişik ki, sahədə hər hektardan 50 sentner məhsul götürmək nəzərdə tutulub. Amma bugünkü mənzərə deməyə əsas verir ki, bu gedişlə qarşıya qoyulan məqsədin heç yarısına da nail olmaq müşkül məsələdir. Yüksək məhsuldarlıq əldə etmək üçün qabaqlayıcı tədbir kimi dövlət tərəfindən ayrılmış pestisidlər, herbisidlər vaxtında və bütün nahiyələrə lazımi miqdarda səpilmədiyindən, gözlənilən nəticə sual altında qalıb. Bütün məsuliyyət "Azər-Aqro" MMC-nin Beyləqandakı nümayəndələrinin üzərinə düşür. Bizim jurnalist olaraq heç kimlə qərəzimiz yoxdur. Nədə iddia etmirik ki, əhalini ərzaq məhsulları ilə təmin etmək məqsədini həyata keçirmək müstəvisində hökumətə tərəf müqabili kimi yaradılmış "Azər-Aqro" mənsubları preparatları mənimsəyib başqa təsərrüfat rəhbərlərinə satıblar. Bunun adı mənimsəmə deyilsə, dövlətin etimadına xəyanətdi və bu məsələ təkcə KİV-i deyil, hər bir vətəndaşı qayğılandırmalıdır.
Düzü düz, əyrini əyri yazan "Korrupsiya və Qanun" qəzeti təkcə neqativ hallara deyil, yaxşı nümunələrə də diqqət yetirir. Məsələn, "Səba" şirkətinin istehsal sahəsində - Xocavənd-Beyləqan rayonları arasındakı ərazidə yerləşən taxılçılıq təsərrüfatında aqrokimyəvi tədbirlər lazımi qaydada həyata keçirildiyindən, hər şey ideal səviyyədədir - sahədə bir dənə də olsun sarıçiçəyə, alaq otuna rast gəlməzsən. Bir sözlə, tətbiq üçün "Səba"nın təcrübəsindən nümunə götürməyə dəyər.


Müəllif: Amid Hacıyev

OXŞAR XƏBƏRLƏR
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?