Azərbaycan İdeyası

Nazirlik gəmiricilərə qarşı mübarizə aparır

Tarix:16-11-2015, 11:38
Baxış Sayı:417

Azərbaycan Respublikası ərazisində siçanabənzər gəmiricilərə qarşı aparılan kimyəvi mübarizə tədbirləri bu ilin noyabr ayında da davam etdirilib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AzVision.az- a açıqlamasında deyib ki, Dövlət Xidməti tərəfindən noyabr ayı ərzində siçanabənzər gəmiricilərin say miqdarını müəyyən etmək məqsədilə ölkə üzrə ümumilikdə 47662 hektar sahədə müşahidə aparılıb və 25381 hektar sahədə gəmiricilərlə sirayətlənmə qeydə alınıb: "Zərərvericilərin sayı İqtisadi Ziyanvurma Həddindən (İZH) yüksək olan 7214 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib".
Dövlət Xidməti rəisi qeyd edib ki, siçanabənzər gəmiricilərin yayılması daha çox Ağdam, Qəbələ, Şəki, Ağcabədi, Tər-Tər, İsmayıllı, Qusar, Quba, Balakən, Zaqatala və Şamaxı rayonlarında qeydə alınıb və kimyəvi mübarizə tədbirləri görülüb.
Onun sözlərinə görə, cari ildə yem ehtiyatlarının artması və iqlim şəraitinin əlverişli olması səbəbindən siçanabənzər gəmiricilərin populyasiyasında ötən ilə nisbətən artım müşahidə olunur: "Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası müşahidə olunur".
Camal Quliyev zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırıb: "Əkin sahələri vaxtında şumlandıqda, becərildikdə, suvarıldıqda, məhsul vaxtında və itkisiz yığıldıqda, yuvalarda olan gəmiricilər məhv olur. Dövlət Fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilərin xüsusi rola malik olduğunu, 2015-ci ildə onların çoxalması üçün əlverişli şəraitin yarandığını nəzərə alan Dövlət Xidməti gəmiricilərin artım dinamikasına nəzarət edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirir və fitosanitar sabitliyi qoruyub saxlayır".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı