Azərbaycan İdeyası

QANUNSUZ TİKİLƏN EVLƏRƏ GÖRƏ KOMPENSASİYA VERİLƏCƏK?

Tarix:31-07-2019, 13:31
Baxış Sayı:175



“Vətəndaşlar tərəfindən özbaşına tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”.

Korrupsiya-q.az xəbər verir ki, bunu “Report”a söküləcək qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməsi ilə bağlı yayılan məsələlərə aydınlıq gətirən ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.
Q.Xəlilov deyib ki, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb.
Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tikililərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcək”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı