Azərbaycan İdeyası

Fərdi evlərə “kupça”nı necə almaq olar?

Tarix:19-07-2017, 13:33
Baxış Sayı:617

 Fərdi evlərə “kupça”nı necə almaq olar?
Bu ilin 6 ay ərzində vətəndaşlar tərəfindən 6 minə yaxın fərdi ev tikilib.
Xezerxeber.az-ın məlumatına görə, fərdi evlərin tikintisinin geniş vüsət alması onların necə sənədləşdirilməsi məsələsini aktuallaşdırır.

Bəzi vətəndaşlar fərdi evlərə dövlət reyestrindən çıxarışın hansı prosedurlar əsasında alınmasından məlumatsızdırlar. Çıxarış almaq üçün ilk növbədə evin tikiləcəyi torpağın sənədləri qaydasında olmalıdır.
Torpağa dair sənədlər qaydasında olduğu halda tikilən evin hansı hündürlükdə olmasını nəzərə almaq lazımdır. 2013-cü ildən etibarən hündürülüyü 12 metrdən çox olmayan fərdi evlərin tikintisi üçün icra hakimiyyətlərindən icazə almağa ehtiyac yoxdur.
Sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edildikdən sonra 10 gün ərzində çıxarış almaq mümkündür.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, torpağın sənədləri qaydasında olsa belə, bəzi ərazilərdə tikilmiş evlərə çıxarış almaq mümkün olmur.
Reyestr Xidmətinin rəis müavini Elşad Məmmədov deyir ki, əgər fərdi ev 12 metrdən hündür, aşırımlarının uzunluğu 6 metrdən çox olarsa, onda layihə müvafiq icra hakimiyyəti orqani ilə razılaşdırılmalı və tikintiyə icazə verilməsi haqqında sərəncam əldə edilməlidir. Sonrakı prosedurlar isə olduğu kimi qalır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı