Azərbaycan İdeyası

“AZƏRİQAZ” İŞÇİLƏRİNƏ MAAŞ VERMİR? – RƏSMİ AÇIQLAMA

Tarix:31-07-2019, 14:12
Baxış Sayı:161


“Azəriqaz” İstehsalat Birliyi (İB) Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin bir neçə işçisi bu ilin yanvar ayından etibarən, maaşlarını tam həcmdə ala bilməmələri barədə müxtəlif informasiya agentliklərində açıqlamalar veriblər.
“Azəriqaz” İB olaraq deyilənlərin böhtan olduğunu bəyan etməklə qeyd edirik ki, hər ay üzrə Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin fərdi sahibkarlarına xidmət haqları xidmət günlərinə uyğun hesablanıb. Aylıq hesablanan xidmət haqqından 2,50 manat ASAN imza üçün aylıq abunə çıxıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondu (DSMF) ödənişi yanvar-fevral aylarında 16,10 manat, mart-iyun aylarında 22,10 manat və xidmət haqqının təxminən 5% gəlir vergisi çıxıldıqdan sonra qalan məbləğ fərdi sahibkarın xidmət kartına köçürülür. Məhz bu qaydada hesablama aparılıb və ödəniş üçün banka göndərilib. Əgər fərdi sahibkarlar cari hesablarından, vergi və xidmət kartının hesablarından çıxarışları bankdan götürsələr, həmin ödənişləri orda görə bilərlər. O halda dediklərinin böhtan olacağı üzə çıxacaq.
Digər tərəfdən, fərdi sahibkarların kartları yenilənərkən, onların kartın içində qalan vəsaitləri çıxarıb sonra təhvil verməsi də vergi və DSMF borcunun yaranmasına səbəb olub. Borc yarandığı üçün vergi orqanı tərəfindən sərəncam qoyulub və onların cari hesablarından vəsaitlər silinib.
Mətbuata açıqlama verən Süleymanov Elgiz Çingiz oğlu bildirib ki, yanvar ayından bu yana maaşlarını tam həcmdə ala bilmirlər. Güya o, yanvardan bu yana, hər ay cəmi 190, 143, 149, 240, 90 manat alıb. Bu fərdi sahibkarın ödənişlərini aylar üzrə olduğu kimi təqdim edirik (hesablamalar AZN ilə):
Soyadı,adı atasının adı Cari hesaba köçən Xidmət kartına köçən Aylıq DSMF ödənişi Gəlir vergisi Aylar
Süleymanov Elgiz Çingiz 284,00 253,20 16,10 14,70 yanvar
Süleymanov Elgiz Çingiz 284,00 253,20 16,10 14,70 fevral
Süleymanov Elgiz Çingiz 284,00 248,40 22,10 13,50 mart
Süleymanov Elgiz Çingiz 284,00 248,40 22,10 13,50 aprel
Süleymanov Elgiz Çingiz 269,20 185,94 21,60 61,66 may
Süleymanov Elgiz Çingiz 284,00 247,50 22,10 14,40 iyun
Göründüyü kimi həmin fərdi sahibkara may ayında bir gün az xidmət göstərdiyi üçün xidmət haqqı xidmət günlərinin sayına uyğun hesablanıb. Digər aylarda isə xidmət haqqı tam hesablanıb və ödənilib. Xidmət kartına köçən məbləğin 253,20 manatdan sonrakı aylarda azalması minimum əmək haqqının artması nəticəsində aylıq DSMF məbləğinin çoxalması ilə bağlıdır. May ayında əlavə tutulan 48,66 manat (61,66-13,00) onun şəxsi vərəqində olan vergi borcudur. Bu fərdi sahibkar 2018-ci ilin 3 və 4-cü rübləri üzrə sadələşmiş vergi hesabatına dəqiqləşmə verərək büdcəyə çatmalı məbləği 25,04 manat azaldıb. Həmçinin 21.04.19 tarixində vergi kartında 25,91 manat olduğu halda həmin məbləği çıxarıb, lakin vergiləri ödəməyib. Nəticədə borc artıb. Əgər Süleymanov Elgiz Çingiz oğlunun bankdan götürəcəyi sənədlərdə dedikləri əksini tapmazsa, o, “Azəriqaz” İB, Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsində izahat yazmalı, müsahibə verdiyi informasiya agentliklərində təkzib verməli və onun haqqında böhtan xarakterli çıxışına görə ciddi məsuliyyət tədbirləri görülməlidir. Eləcə də, məqalədə adları qeyd edilən digər şəxslər də bankdan çıxarış almaqla faktın əslində necə olduğunu görə bilərlər. moderator.az

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026