Azərbaycan İdeyası

Bakıda MMC rəhbəri müştərisi ilə Ali Məhkəməlik oldu

Tarix:6-08-2019, 13:07
Baxış Sayı:139




“SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştərisi arasında yaranan narazılıq Ali Məhkəməyədək gedib çıxıb.
Korrupsiya-q.az xəbər verir ki, “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Azad Əliyevin sözlərinə görə, “Spult” MMC Məmmədov Samir Ağamməd oğlunun sahibkarlıq fəaliyyətinin inkişafı üçün ona lazım olan xammal və mal materialları nəğd və nisyə ödəniş qaydasında qarşı tərəfə verilib: “O, aldığı xammalların və materialların pulunu aldığı vaxtdan sonra (bir-iki ay müdətinə) ödəyirdi. Samir Məmmədovun 2017-ci ilədək bizə ümumilikdə 61.105,2 ABŞ dolları, 2.250 manat və 500 avro borcu qalmışdır. Samir Məmmədov 2017-ci ilin iyul ayınadək watsap vasitəsilə şirkətimizə olan borcunun ödənilməsi üçün, müəyyən əmlaklarının satılmasına qədər ona möhlət verilməsini istəmişdir”.
A.Əliyev deyib ki, Samir Məmmədov şirkətə olan borcunu uzun müddət ödəməkdən yayındığı üçün 2018-ci ilin yay aylarında ona qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırılıb: “Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov iş materiallarına əlavə olunmuş Samir Məmmədovun imzalı qəbzlərini (sübutları) əsas götürərək iddiamızı əsaslı hesab edərək təmin etmişdir. Qətnamədən narazı qalan cavabdeh Samir Məmmədov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqov məhkəmə prosesini bir iclasa tələskənliklə, araşdırmadan, hətta bizim nümayəndənin apellyasiya şikayətinə münasibətini dinləmədən müşavirə otağına keçmiş, iddiamıza iddia müddətini tətbiq edərək iddianı rədd etmiş və qətnaməni ləğv etmişdir. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Samir Məmmədov nümayəndəmizə adamının güclü olduğunu və onların tapşırıqları əsasında məhkəmə instansiyalarında hər zaman bizə qalib gələcəyini bildirmişdir. Bizlər onun sözlərinə məhəl qoymadan Azərbaycan Respublikasının Hüquqi və Demokratik dövlət olduğunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə Kassasiya şikayəti verdik. Bir neçə gün bundan öncə Samir Məmmədov təkrarən bizə Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz deyə bildirdi”.
Şirkət rəhbəri bunları da əlavə edib: “Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bizim tərəfimizdən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin şərh olunmasına dair Qərarına əsasən, Samir Məmmədov borcun ödənilməsi üçün 2017-ci ilin iyul ayınadək möhlət istədiyindən iddia müddətinin ötürülməsində söhbət gedə bilməz. Birincisi Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov MM-nin 380-ci maddəsini görməməzlikdən gələrək Samir Məmmədovun tələbini əsaslı saymışdır. İkincisi isə Ali Məhkəmənin hakimi İlqar Xələfovun da həmin maddəni və Konstitusiya Məhkəməsinin Qərarını əsas götürərək bizim şikayətimizin əsaslı olduğunu, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsini ləğv edəcəyini və Samir Məmmədov tərəfindən olan təzyiqlərə məhəl qoymadan Qanuni Qərar qəbul edəcəyinə əminik: “Cənab Prezident İlham Əliyev öz çıxışlarında bütün məhkəmələr vətəndaşların pozulmuş hüquqları ilə əlaqədar tələblərinin qanuni və obyeltiv araşdırılmasını və müəyyən şəxslər tərəfindən məhkəmələrə olan təzyiqlərin qarşısının alınmasına dair tapşırıqlar vermişdir. Güman edirik ki, Ali Məhkəmə Samir Məmmədovun havadarlarının təzyiqlərinə və knopkalarına məhəl qoymadan qanuni və əsaslı qərar qəbul edəcəkdir”.
Qeyd edək ki, “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti qida və qeyri-qida məhsullarının hazırlanması üçün xammalların satışı ilə məşğul olur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur