Azərbaycan İdeyası

Bakıda 275 min manatlıq oğurluq

Tarix:14-08-2017, 15:45
Baxış Sayı:565



Bakıda evlərdən birinə girən şəxslər qadının qollarını bağlayaraq 75 min manat, 11 min dollar və 200 min manat dəyərində qızıl əşyaları aparıblar.

Korrupsiya və Qanun saytı Oxu.Az-ın xəbərinə görə, xəbər verir ki, bu barədə Report Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb. Hadisə Xəzər rayonunda baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75.000 manat, 11.000 ABŞ dolları, habelə 200.000 manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev tutulub.
Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı