Azərbaycan İdeyası

Bankda şok oğurluq - Laqonda ilə bankomatı kəsdilər

Tarix:9-04-2018, 13:50
Baxış Sayı:346

 Bankda şok oğurluq - Laqonda ilə bankomatı kəsdilər



Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib. Moderator.az Criminal.az-a istinadən xəbər verir ki, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb.
Gündüz saatlarında əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq.
Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.
Yasamal rayon Polis İdarəsindən sayta faktı təsdiq etsələr də, əlavə məlumat verməyiblər.
Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı