Azərbaycan İdeyası

Jurnalisti döyənin kimliyi bilindi - Bank müdiri imiş +Foto

Tarix:18-04-2018, 15:20
Baxış Sayı:352

 Jurnalisti döyənin kimliyi bilindi - Bank müdiri imiş +Foto

Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.

Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.
Korrupsiya-q.az xəbər verir ki, unikal.org-un apardığı araşdırmaya görə, jurnalist Famil Fərhadoğluna sillə və yumruqla vuran Riad Ceyhun oğlu Paşayev "Azərtürkbank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşən Bakı filialının müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, jurnalisti döyən Riad Paşayevin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən jurnalisti döymələrini təsdiq etmişdi. Bir daha xatırladaq ki, V.Paşayeva da Səhiyyə Nazirliyinin əməkdaşıdır.

Saytın məlumatına görə, jurnalist Famil Fərhadoğluna hücum edib telefonunu əlindən alan qoçaq isə Namiq Əliyev Səhiyyə naziri Oqtay Şirəliyevin ən yaxın adamlarından biri olub.

Qısa müddətdə Namiq Əliyevin vəzifəsi və onun haqqında digər məlumatları oxucuların diqqətinə çatdıracağıq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı