Azərbaycan İdeyası

Sərhədçimizi bıçaqlayanların tutulma görüntüləri - ANBAAN VİDEO

Tarix:24-09-2019, 16:17
Baxış Sayı:140



Sentyabrın 20-si saat 21:05 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verən insidentin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, həmin hadisə zamanı “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.
Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərkisilah edərək saxlayıb.
Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılan bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçan digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb.
Nəticədə, hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi­nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülüb.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında