Azərbaycan İdeyası

Matviyenko: Rusiya Qarabağ münaqişəsinin həllini hamıdan çox istəyir

Tarix:2-11-2015, 16:15
Baxış Sayı:412

“Tərəflərə problemlərdən başqa heç nə vermir”.
Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün istənilən digər dövlətdən çox iş görərək, ardıcıl şəkildə müharibənin bərpasını istisna edən siyasi həll yolu uğrunda çıxış edir.
Korrupsiya və Qanun qəzeti TASS-a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının spikeri Valentina Matviyenko İrəvana səfər ərəfəsində erməni xəbər portalı News.am-a bildirib.
Senator qeyd edib ki, Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir və Sovet İttifaqında başlayıb, 30 ilə yaxın müddətdir ki, davam edir.
“Mənim fikrimcə, onun tərəflərə problemdən başqa heç nə vermədiyi aydındır”, - o vurğulayıb və əlavə edib ki, buna baxmayaraq münaqişənin tənzimlənməsi yollarının axtarışı ləng gedir.
“Bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu çətin və möhkəm düyünün açılması üçün Rusiya digər ölkələrdən daha çox şey edir”, - Matviyenko Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin ATƏT və BMT meydanlarında, eləcə də Ermənistan və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyədə ikitərəfli kontaktı sahəsində fəal iştirak etdiyini xatırladıb.
“Bu məsələdə bizim mövqeyimiz ardıcıldır. Rusiya müharibənin yenidən meydana gəlməsini, qan tökülməsini, humanitar faciəni istisna edərək siyasi həllin tərəfdarıdır”, Federasiya Şurasının rəhbəri vurğulayıb.
Onun fikrincə, Ukraynada, Suriyada, bir sıra digər ölkələrdə baş verənlər güc tətbiqinin nəticəsinin nə olduğunu əyani şəkildə göstərir.
Senator Ermənistan və Azərbaycanın parlamentarilərin, biznesmenlərin, elm və mədəniyyət xadimlərinin Qarabağ böhranından çıxış yolunun axtarılmasında fəal iştirakının tərəfdarı olduğunu bildirib.
“Belə münasibətlər xalqlar arasında etimadın bərpasına vasitəçilik edir, bu isə tapıldığı halda siyasi həllin həyata keçirilməsi üçün mühüm şərtlərdəndir”, - o, sözünü yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR
tria 2 avqust 2017 05:12
  Жалоба     
el primero de ellos cuenta replicas relojes con un cronógrafo más perfecto, apareció hace 150 años . Cada producto es un invento de los tiempos: el cronógrafo nació en la era de la revolución industrial y científica de los replicas relojes siglos 18 y 19
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur