Azərbaycan İdeyası

Eldar Mahmudovun 'qızılaxtaran'larının dağıtdığı qəbirlər

Tarix:24-11-2015, 15:04
Baxış Sayı:409

Eldar Mahmudovun 'qızılaxtaran'larının dağıtdığı qəbirlər




Qobustan rayonunda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının qəbirləri dağıdaraq qızıl axtarması barədə xəbər vermişdik.
Bir neçə gün əvvəl "Yeni Musavat" qəzetinə müraciət edən İlanlı kəndinin sakini İrşad Hüseynov bildirmişdi ki, yaşadığı kənddə yerləşən qədim "İlanlı bəyləri"nə məxsus qəbristanlıqda naməlum şəxslər tərəfindən qazıntı işləri aparılıb:
"İşdən icazə alaraq həmin əraziyə yollandım. Qazıntı aparılan yerə çatdıqda həmin ərazidə bir neçə şəxsin dayanaraq müşahidə apardığının, eyni zamanda ekskavatorun qəbristanlığı qazdığının şahidi oldum. Ərazidə Az 10 PL 636, Az 90 SE 067 və Az 90 KX 889 dövlət nömrə nişanlı avtomobillər dayanmışdı. Bu görüntü məndə şok effekti yaratdı. Orada uyuyan ulu babalarımın qəbir daşları və məzarları yerlə yeksan edilmişdi. Mən yaxınlaşıb nə baş verdiyini öyrənmək istədim. Qarşıma çıxaraq məni itələyən və özünü Milli Təhlükəsizlik Nazirliyinin Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov kimi qələmə verən şəxs nazir Eldar Mahmudovun göstərişi ilə burada qızıl axtardıqlarını və həmin qızılların qəbirlərdə yerləşdiyini bildirdi. Daha sonra məni təhqir edərək ərazidən qovdu. Mən, polisin 102 xidmətinə zəng etsəm də hadisə yerinə gələn polislər MTN-in Qobustan rayon rəisi Əfqan Məmmədovu gördükdə oradan uzaqlaşdılar və məni də ərazidən qovdular".
"Korrupsiya və Qanun" saytı criminal.az-a istinadən xəbər verir ki, şikayətçi daha sonra qeyd edib ki, oradakı 73 ədəd qəbir yerlə yeksan edilib və 73 ədəd baş daşı oğurlanıb.
Bu gün isə həmin dəhşətli mənzərəni tam çılpaqlığı ilə göstərən video göndərilib. Həmin videogörüntüləri oxuculara təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı