Azərbaycan İdeyası

"YAP-ın mənə verdiyi çörəyi özümə haram bilirəm" - Keçmiş deputatın oğlu

Tarix:21-12-2015, 12:55
Baxış Sayı:8 467

"YAP-ın mənə verdiyi çörəyi özümə haram bilirəm" - Keçmiş deputatın oğlu




Eldar Sabiroğlunun sabiq prokuror oğlunun müsahibəsi
YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərov hazırda evinin qarşısında polis olduğu haqda xəbərə və istefası ilə bağlı bəzi məsələlərlə əlaqədar Meydan TV-ə müsahibə verib.
O, ilk əvvəl atasının onu təhqir etməsinə münasibət bildirib.
- "Moderator.az" saytında atam məni təhqir edib. Mən bir şeyi idrak edə bilmirəm. Sonuncu addımımı atam Zərdabla bağlayır. Buradan ölkənin prezidenti İlham Əliyev başda olmaqla, bütün xalqıma elan edirəm ki, Zərdab xalqı məni ruhumdur, canımdır. Həsən bəy Zərdabidən ruh alıb, bu addımı atmışam. Amma bu, o demək deyil ki, bütün cəmiyyətin qarşısında atam məni təhqir etsin.
-Rüfət bəy, bu bəyanatı verməzdən əvvəl atanızla bu haqda hər hansı bir söhbətiniz olmuşdumu?
-Qətiyyən. Atam Heydər Əliyev və İlham Əliyev siyasətini yürüdən adam olub. Bunu sizə ədalət üçün söyləyirəm. Bilirsiniz ki, atam Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub. Mən bir şeyi demək istəyirəm. Lütfən, dediklərimi olduğu kimi yazın. 1992-ci ildən bəri, YAP-dan bəri, mən özüm işləyənə qədər atamın mənə verdiyi çörəyi özümə haram bilirəm. Atamın mənə verdiyi bu rejimin çörəyini özümə haram bilirəm.
-Amma özünüz də bu sistemdə işləyirdiz...
- Bir neçə il əvvəl mətbuatda elan oxudum. 3 mərhələdən keçdim və son 5 ildir ki, prokurorluqda müstəntiq kimi fəaliyyət göstərirəm. Bu qərarıma bir çox faktorlar təsir etdi. Xüsusilə, Zərdab rayonunda fəaliyyət göstərdiyim müddətdə bir deyil, bir neçə şəxs müstəntiqin otağına qəbul olub, ondan borc istədi. Siz bunu təsəvvür edisinizmi?
-Bu bəyanatı verdikdən sonra baş verənləri hesablamışdınızmı?
- "Mənim 34 yaşım var. İdrak edirəm ki, bundan sonra mənə qarşı hər hansı bir ali və ya qeyri-ali həmlələr olacaq. Lakin hiss etsəm ki, mənə qarşı çox ciddi hücumlar var, ölkə vətəndaşlığından imtina edəcəm. Avropaya müraciət edəcəm. Yəqin ki, Avropada demokratiya varsa, mənim bu sözümü dinləyəcəklər".
-YAP-çı deputat Aydın Mirzəzadənin sizin bəyanata münasibəti ilə tanışsınızmı?
-Aydın Mirzəzadə YAP-da olan çox azsaylı ləyaqətli və şərəfli insanlardan biridir.
-Aydın Mirzəzadə bildirir ki, siz bir hüquqşunas kimi, ittihamlarınızda faktlara əsaslanmalı olduğunuzu bilməlisiniz. Bu haqda nə deyə bilərsiniz?
-Mən anlaya bilmirəm ümumi, yoxsa, xüsusi faktlar lazımdır? Bu boyda millət məhv olur. Ümumi fakt budur ki, millət məhv olur. Aydın müəllim əgər məndən xüsusi faktlar istəyirsə, çağırın onu, üzbəüz söhbət edək. Mən Aydın müəllimin qarşısında böyümüşəm. Bilirəm ki, partiyanın yaradıcılarından biridir. Atamın qarşısında böyümüşəm. Onlar bilir ki, mən kiməm. Bir şeyi də deyim sizə, bütün Azərbaycan xalqına elan edin. Əgər Eldar Sabiroğlu məndən imtina edərsə, təxminən 3-4 gün ərzində əgər atam ölərsə, atamın başdaşına bu rejimin anatomiyasını birbaşa hopduracam.
-Rüfət bəy, "atam ölərsə" deyəndə, nəyi nəzərdə tutursunuz?
-Atam xəstə insandır. Anam da xəstədir. Atam son dərəcə xəstədir. İki və ya üç dəfə mənə zəng vurub, söyüb, təhqir edib məni. Atama sizin vasitənizlə elan edirəm. Atam ölərsə, onun başdaşına bu rejimin hüquqi mahiyyətini, anatomiyasını əks etdirən bir yazını hopduracam.
-Yəni, valideynlərinizin xəstə olmasına rəğmən bu bəyanatı vermisiniz?
-Mən buradan valideynlərimə bir söz demək istəyirəm. Çox hörmətli Eldar Sabiroğlu, çox hörmətli Tahirə Tahirqızı, siz məni əkib-doğmusunuz, bu həyata gətirmisiniz. Sizə minnətdaram. Amma bu, o demək deyil ki, bütün həyatımı siz şərtləndirməlisiniz.
-Yayılan məlumatlara görə, hazırda evinizin qarşısında polis var. Bu məlumat doğrudurmu?
-Mən hazırda xidməti kabinetimdəyəm. Yoldaşımla danışdım. Evdən aldığım məlumata görə, evimizin qarşısında polis var. Mən hüquqçuyam və hüququn nə demək olduğunu çox gözəl dərk edirəm. Gözləyirəm ki, sabah açılsın, baş prokuror Zakir Qaralova müraciət edəcəyəm. Ondan sonra əmrimin veriləcəyi vaxtdan sonra buranı tərk edəcəm. Sosial şəbəkələrdə və mətbuatda yazırlar ki, Rüfət Səfərov radikal söhbət edir. Qətiyyən. Mən bunlara normal yanaşıram.
-Saat 22:00-ı keçməsinə baxmayaraq, xidməti otağınızda olduğunuzu deyirsiniz. Bu vaxta qədər işdə olmağınız nə ilə bağlıdır?
-Açığı, KİV nümayəndələri mənə zəng vururlar, sonuncu bəyanatımla bağlı soruşurlar. Mən də gözləyirəm. Yoldaşım evdə qorxur. Onun dediyinə görə, evin qarşısında polis var. Düzü, bunu özüm görməmişəm. Hüquqşünas olduğum üçün fakta əsaslanmalıyam. Evdəkilərin dediyinə görə, qapımızın ağzında polislər var. Mən bir azdan evimə gedəcəm. Yoldaşıma da dedim ki, əgər məndən imtina edirsənsə, atana zəng vur. Qaynatam da Yevlax Rayon İcra Hakimiyyətinin birinci müavinidir. Əgər qorxurlarsa, gəlib, səni götürsünlər. Yoldaşım mənə dedi ki, sən hardasan, mən də ordayam.
-Rüfət bəy, evinizin qarşısında polis olması məlumatı təsdiqlənərsə, ümumiyyətlə, indiki vəziyyətdə özünüz üçün həbs təhlükəsi hiss edirsinizmi?
-Mən öz bəyanatımda da demişəm. Əgər həbsdən, hər hansı bir basqıdan qorxsaydım, təbii ki, bu addımı atmazdım. Yəni, prokurorluqda işləyən bir şəxs. Sizə deyim ki, mənim maaşım kifayət qədərdir. Xidməti maşınım olmasa da, şəxsi maşınım normaldır. Evim var. Amma ölkədə baş verən kütləvi, ali namussuzluq məni vadar etdi ki, bu addımı atım.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq