Azərbaycan İdeyası

Mehdiyevin qara kassası niyə həbs olundu? – Pərdəarxası

Tarix:29-01-2021, 14:29
Baxış Sayı:95


Xəbər verdiyimiz kimi, “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilib.

NOCOMMENT xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə Rasim Məmmədovun nəzarətindəki bütün zavodlarda vergi və güc strukturlarının nümayəndələri araşdırmalar aparıb. İllərlə inhisarda olan metallurgiya sahəsinin, nəhayət ki, məmur-oliqarx inhisarından çıxarılacağı gözlənilir.
Rasim Məmmədovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Onun digər sahibkarlara, Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, bununla kifayətlənməyərək müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri ümumilikdə bu sahədə durğunluq yaradıb.
Rasim Məmmədovun Zülfüqarlı qardaşlarından zor gücünə aldığı zavodları lerikli çoban Gəray Məmmədovun adına keçirib onun arxasında gizlənməsi də yaddaşlardan silinməyib.
Jurnalistlər illər öncə həmin çoban Gərayı Bakının Keşlə qəsəbəsinin ərazisindəki Şanxay yaşayış massivində, gecəqondu bir evdə aşkar etmişdilər. Çoban demişdi ki, onun bu işlərdən xəbəri yoxdur. Sadəcə, şəxsiyyət vəsiqəsini alıb hansısa sənədlərə imza atdırıblar. Aylıq da 200-300 manat pul verirlər ki, kirayə haqqını ödəyə bilsin. Qalan məsələlərdən onun xəbəri yoxdur. Bax, beləcə, Azərbaycanda metallurgiya sahəsi çobanların idarəçiliyinə “verilməklə” məhvə sürüklənib. Bu cür üsullarla, məhkəmə sistemindəki nüfuzlu dayağı hesabına Rasim Məmmədov iş adamlarına qarşı qanunsuzluqlarına qanuni “don” geydirə bilirdi.
Hələ ötən ilin yayında Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi “Baku Steel Compani” MMC-də (BSC) araşdırmalara başlayıb. Bu haqda yayılan xəbərlərdə araşdırmaların həm vergi məsələləri, həm də Rasim Məmmədovun uzun illərdir həyata keçirdiyi maxinasiyalarla bağlı olduğu deyilirdi.
Son 1 ildə şirkət üzərində bütün rəsmi hüquqları əlindən alınan, sadəcə, zavodun rəhbəri kimi saxlanılan Rasim Məmmədov “Baku Steel Company”nin idarəçiliyindən də uzaqlaşdırılıb. Bundan əlavə, BSC-nin istehsalat müdiri Ramin Kərimov və maliyyə direktoru Çingiz Həsənovun hüquq-mühafizə orqanları tərəfindən sorğuya çəkildiyi bildirilirdi.
Eyni zamanda Rasim Məmmədovun nəzarətində olan Sumqayıt Boru Zavodunda da araşdırma aparılıb. İllərdir fəaliyyətdə olan bu zavodun külli miqdarda vergi borcu yaranıb. Belə ehtimallar var ki, dövlətə vergilərin ödənməməsi maliyyə çatışmazlığı ilə bağlı deyil. Sadəcə vergi ödəməməklə zavodun rentabelli olmadığı təəssüratı yaradılır və törədilmiş maxinasiyalar ört-basdır edilirmiş. Rasim Məmmədovun nəzarətində olan digər zavodların da külli miqdarda vergi borcu olub.
Xatırladaq ki, ilkin araşdırmalarla “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 min 510 manat 18 qəpik borcu olduğu üzə çıxmışdı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı – “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı “Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir. Nəzərə alsaq ki, ötən illər ərzində Rasim Məmmədovun nəzarətində olan zavodlar ölkənin metallurgiya sənayesini inhisarda saxlayıb, demək olar ki, bazara başqa şirkətlərin daxil olmasına imkan verməyib, belə külli miqdarda vergi borcunun yaranmasının iqtisadi əsaslarının olması şübhə doğurur. Böyük ehtimalla, ortada ciddi maliyyə maxinasiyaları var və dövlət orqanları həm də bunu üzə çıxara bilib.
Bundan başqa, məlumata görə, həm Sumqayıt Boruyayma Zavodu, həm də “Baku Steel Company” MMC bir çox şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə qəsdən əməl etməyib. Bununla yanaşı, onları qara metal qırıntıları (metallom) ilə təchiz edən xeyli sayda insanın da borclarını ödəməyiblər.
Həmin şirkətlərin və borcunu tələb edən insanların bir neçəsinin məhkəmələrə iddialar verdiyi, eyni zamanda, dövlət qurumlarına müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş ediblər.
Belə məlumatlar da var ki, araşdırmalar çərçivəsində Sumqayıt Boruyayma Zavodunun direktoru Bahadur Əliyev də bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən sorğulanıb. Bu sorğulamaların nəticəsi olaraq Bahadur Əliyev anlayıb ki, Rasim Məmmədovun mövqeyi sağlam deyil, məhz ona görə də istefa ərizəsini yazıb və işdən gedib. Bundan sonra Rasim Məmmədov Ramiz Mehdiyevin tayfasından olan Yaşar Abbasəliyevi Sumqayıt Boru zavoduna direktor təyin edib. Hazırda Yaşar Abasəliyevin də istintaqa cəlb edilməsi xəbəri var.

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 06:15
  Жалоба     
residential renovation Vaughan Canada
https://pinterest.ca/homerenostoronto

need kitchen remodel Thornhill Canada
renos kitchen Ontario Canada
redoing bathroom Scarborough Canada

house transformation Ajax Canada

remodeling construction Vaughan Canada
house refurbishment Ontario Canada
your dream home Toronto Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>full bath remodel King City Canada</a>

home renovation design Thornhill Canada
new bathroom Thornhill Canada
kitchen renewal Newmarket Canada


#eZ5OKAYrV5acqAeL7
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA