Azərbaycan İdeyası

Rasim Əliyevin vəfatından 1 il ötdü - FOTOLAR

Tarix:9-08-2016, 12:36
Baxış Sayı:414

Rasim Əliyevin vəfatından 1 il ötdü - FOTOLAR
Jurnalist Rasim Əliyevin vəfatından 1 il ötür. Qaynarinfo.Az xəbər verir ki, Rasim Əliyev ötən il avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb və xəstəxanada vəfat edib.

Hadisəyə səbəb jurnalistin Cavid Hüseynovun qol vurduqdan sonra etdiyi jesti tənqid etməsi olub. Bundan narazı qalan futbolçunun qohumu və onun dostları Rasim Hüseynovu görüşə çağıraraq döyüblər. Xəstəxanaya yerləşdirilən jurnalist cərrahiyyə əməliyyatı olunsa da, bir neçə saat sonra vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Arif Babayev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il il müddətinə azadlıqdan məhrum edilib.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb. Səbail rayon Məhkəməsinin mayın 31-də çıxardığı hökmlə futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı