Azərbaycan İdeyası

Prezident manatla bağlı göstəriş verib`

Tarix:23-12-2015, 13:45
Baxış Sayı:376

Prezident manatla bağlı göstəriş verib`






“Dollarla kredit götürən vətəndaşların vəziyyəti çox çətindir. Hazırda dövlət bu məsələyə baxır, onlara xüsusi güzəştlərin edilməsi gözlənilir”
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.
“Dollarla kredit götürənlər əlavə vəsait ödəməsinlər deyə Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır. Həmin insanların 10 min manata qədər olan kreditləri köhnə məzənnə ilə ödənilməsi haqda qərar verilə bilər. Bu addım aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsinə və kreditlərin ödənilməsinə müəyyən mənada yardım edə bilər”.
Neftin ucuzlaşması fonunda manatın növbəti devalvasiyasının ola biləcəyi ehtimalına gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı hökumətin xüsusi tədbirlər planı olmalıdır:
“Məndə olan məlumata görə, hazırda bu istiqamətə iş gedir. Cənab prezident İlham Əliyev hökumətə manatın bu səviyyədə saxlanması üçün göstəriş verib. Göstərişə əsasən, hökumət elə proqram tərtib etməlidir ki, manatı bu səviyyədə qoruyub saxlamaq mümkün olsun. Bu baxımdan da sahibkarlıqla məşğul olan insanlara müəyyən güzəştlərin verilməsi, monopoliyanın aradan qaldırılması, qeyri- neft sektorunun inkişafı və s. məsələlərə Azərbaycan hökuməti tərəfindən baxılacaq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı