Azərbaycan İdeyası

Sərkisyanın mafiya ilə əlaqələri ortaya çıxdı – Şok faktlar

Tarix:30-05-2016, 15:16
Baxış Sayı:687

Sərkisyanın mafiya ilə əlaqələri ortaya çıxdı – Şok faktlar
Ermənistan Prezidenti Serj Sərkisyanın ABŞ-dakı mafiya qruplaşması ilə yaxın əlaqələri ortaya çıxıb.

Publika.az xəbər verir ki, S.Sərkisyanın mafiya əlaqələrini Ermeni Milli Konqresinin koordinatoru Levon Zurabyan ifşa edib.

L.Zurabyan erməni mediasına bildirib ki, Serj Sərkisyanın 1998-ci ildən ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən “Pzo” ləqəbli erməni mafiya başçısı Armen Kazaryanla sıx əlaqələri mövcuddur. Onun sözlərinə görə, Armen Kazaryan Serj Sərkisyanın “Saşik” ləqəbli qardaşı Aleksandr Sərkisyanın Amerikadakı biznesini idarə edir:

“Armen Kazaryan ABŞ-da 35 milyon dollarlıq dələduzluq hadisəsi ilə gündəmə gəlmişdi. Serj Sərkisyan zaman-zaman bu mafiozdan öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə edib. Ermənistanın keçmiş daxili işlər naziri Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı sərt mübarizə aparan zaman Armen Kazaryan ABŞ-a qaçmışdı. Ancaq Robert Koçəryan, daha sonra Serj Sərkisyan hakimiyyətə gələn kimi bu mafiozun ulduzu parlamağa başladı”.

L.Zurabyan qeyd edib ki, Serj Sərkisyan ona müxalif olan şəxsləri Armen Kazaryan vasitəsi ilə aradan götürüb:

“Bu gün isə Serj Sərkisyan özü təhlükəli mafioza çevrilib və dövləti də mafiya kimi idarə edir. Çünki özü mafiya iqtidarı qurub”.

L.Zurabyan Armen Kazaryanın təkcə Serj Sərkisyan hakimiyyətinə deyil, bundan öncə də Koçaryan iqtidarı ilə yaxın əməkdaşlıq etdiyini bəyan edib:

“Armen Kazaryanın Ermənistanın sabiq prezidenti Robert Koçəryanla da sıx əlaqələri var idi. Bundan sonra isə Sərkisyanla əlaqələrini davam etdirdi. Hətta 2008-ci ilin prezident seçkiləri zamanı Armen Kazaryan Serj Sərkisyanın rəqibi olmuş Levon Ter-Petrosyana qarşı cinayətlər işləmişdi. Sərkisyan Ter-Petrosyanın fəal tərəfdarlarını məhz Armen Kazaryanın vasitəsilə aradan götüzdürürdü”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı