Azərbaycan İdeyası

XİN: Bütün məsuliyyət Ermənistanın üzərinə düşür

Tarix:23-10-2015, 16:03
Baxış Sayı:435

“Ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur”.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) məzunlarının İrəvanda keçirilən forumunda çıxışına münasibət bildirib.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına görə Oxu.Az xəbər verir ki, H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal və ilhaqını bir daha sübut edən 27 sentyabr 2015-ci il tarixli bəyanatını yəqin unutmayıb:
Güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib.
“Çıxışında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mahiyyətini təhrif edən Ermənistan rəhbərliyinin yaddaşını təzələmək istərdik ki, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə dəstək və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiqlənərək, işğalçı qüvvələrin işğal altındakı bütün Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunur.
Qətnamələrdə eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması və gücdən istifadə edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. ATƏT Minsk Qrupunun mandatına dair 23 mart 1995-ci il tarixli sənədə uyğun olaraq bu qətnamələr Minsk Qrupunun fəaliyyətinin əsasını təşkil etməlidir.
Güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib. Ermənistan Azərbaycana qarşı güc tətbiq edib və bunun nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olunub. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək kimi çağırışının tələbləri işğalçılıq həyata keçirmiş dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir.
İşğal və təcavüzün nəticələri aradan qaldırılmadığı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu halda, güc tətbiq etmək və güc tətbiq edərək hədələməyi davam etdirən dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
H. Hacıyevin sözlərinə görə, tarixə müraciət edən Ermənistan rəhbərliyi unutmamalıdır ki, arxeoloji, etnoqrafik və antropoloji baxımdan ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur:
“Cənubi Qafqaza köç etdirilmiş ermənilər Rusiya imperiyasının süqutundan sonra Ermənistan adı altında tarixi Azərbaycan torpaqlarında özlərinə dövlətəbənzər bir təsisat yaratmışlar”.

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir