Azərbaycan İdeyası

İran Ermənistanla gözlənilən müqaviləni imzaladı

Tarix:2-08-2016, 11:46
Baxış Sayı:799

İran Ermənistanla gözlənilən müqaviləni imzaladı

İrandan Gürcüstana təbii qaz nəqlinə dair müqavilə imzalanıb.

APA-nın məlumatına görə, imzalanmış müqavilə 4 ay müddətinə qüvvədə olacaq və ümumilikdə İrandan Gürcüstana 40 milyon kubmetr qaz ixrac olunacaq. Ötən həftə İran və Ermənistan arasında bu ölkədən İran qazının tranzitinə dair razılıq əldə olunandan sonra İran Gürcüstanla sınaq müddəti üçün qısa müddətli müqavilə imzalayıb. Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb. Müqavilənin vaxtının uzadılması və böyük həcmdə qazın Gürcüstana nəqli məsələsi Ermənistandan lazımı icazələr alınandan sonra mümkün olacaq. GIEC şirkəti 2005-ci ildə fəaliyyətə başlayıb, baş ofisi Tbilisidə yerləşir. Şirkət sənaye müəssisələrinə qaz tədarükü və enerji daşıyıcılığı və istehsalı sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, İranın neft naziri Bijən Namdar Zəngənə ötən həftə elan edib ki, İran Ermənistan ərazisindən Gürcüstana qazın tranzitinə dair sınaq müqaviləsini tezliklə icra edəcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı