Azərbaycan İdeyası

Siyavuş Novruzov: "Onlara tapşırıq verilib ki, seçkini boykot etsinlər"

Tarix:13-10-2015, 12:14
Baxış Sayı:518

Noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Seçkidə iştirak edəcək partiyalardan yalnız Yeni Azərbaycan Partiyasının (YAP) bütün namizədləri qeydə alınıb.
Oktyabrın 9-dan başlayaraq isə qeydə alınmış namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verilib.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Milli.Az bildirir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov seçki öncəsi vəziyyətlə ilə bağlı AzNews.az-ın suallarını cavablandırıb:
- Siyavuş müəllim, seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiz?
- Əla. Hər şey öz qaydasındadır. Çünki Azərbaycanda seçki üçün lazım olan mühit var. Ölkəmizdə həm qanunvericilik bazası, həm ictimai-siyasi sabitlik, həm də söz, fikir və mətbuat, internet azadlığı mövcuddur. İstənilən şəxs öz namizədliyini irəli sürüb seçilə bilər. Əgər seçicilər ona səs versələr. Dünya və Avropa praktikası ilə belə müqayisədə seçki ilə əlaqədar ən yüngül forma Azərbaycandadır. Yəni hər bir şəxs ərizə verib 450 imza toplayıb təqdim edirsə, avtomatik olaraq qeydiyyatdan keçib namizəd olur. Ondan sonra təbliğat-təşviqat kampaniyasının aparılması üçün hər bir dairənin ərazisində pulsuz yerlər ayrılıbdır. Yəni heç pul ödəmək də lazım deyil. Dünyanın bir çox ölkəsində, o cümlədən demokratiyanın dırnaqarası beşiyi hesab olunan Amerikada da, əgər bir yeri götürüb tədbir keçirmək istəsən, mütləq pul ödəməlisən. Amma Azərbaycanda seçkidə bu məsələlərin də bütün yükünü dövlət öz üzərinə götürür. Yəni ölkəmizdə ictimai-siyasi vəziyyət tam normal şəkildədir. Hər bir şəxsin, təşkilatın, siyasi partiyanın, blokun seçkidə iştirak etməsi tam şəkildə təmin olunub. Düzdür, bəziləri iştirak eləmirlər. Onlara da tapşırıq belədir ki, iştirak etməsinlər. Azərbaycanda ciddi siyasi partiyaların böyük əksəriyyəti seçki prosesində iştirak edir. Hazırda qeydiyyatdan keçən 150-yə yaxın partiya var. Onların çox böyük hissəsi seçkidə iştirak edir. O cümlədən ayrı-ayrı qeyri-hökumət təşkilatları və bloklar seçkilərdə iştirak edib namizədlər irəli sürürlər. Bu səbəbdən seçki öncəsi prosesi, indiki mərhələyə qədər olan dövrü və hazırki prosesi yüksək qiymətləndirirəm.
- Yeni Azərbaycan Partiyası seçkidən nə gözləyir?
- Partiyamız Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün seçkilərdə iştirak edib. Yəni 1993-cü ildən bu günə kimi bütün seçki prosesində YAP iştirak edib və qalib gəlib. Bu seçkilərdə də partiyanın əsas hədəfi ondan ibarətdir ki, keçən parlament seçkilərindən daha yaxşı nəticələr göstərsin. Bunun üçün stimulverici əsaslar var. Bütün dövr ərzində partiyamız və onun rəhbəri Azərbaycan xalqının maraqlarının qorunmasında, ölkəmizin iqtisadi inkişafında, abadlıq-quruculuq işlərinin aparılmasında, yeni iş yerlərinin, müəssisələrinin yaradılmasında və digər sferaların hər birində vətəndaşlarının hüquqlarının qorunmasında, gənclərimizin inkişafında, təhsil və səhiyyə sisteminin formalaşmasında, xalqımızın maraqlarının müdafiə olunmasında aktiv şəkildə iştirak edib və bu prosesləri həyata keçirib. Bununla əlaqədar olaraq seçicilər YAP-a səs verəcəklər.
- YAP namizədlərinin seçkiqabağı təbliğat-təşviqat kampaniyası necə gedir?
- Bütün proseslər çox yüksək səviyyədə gedir. Demək olar ki, bütün namizədlərimiz üçün plakatlar və bukletler hazırlamışıq. O cümlədən namizədlərimizin hər gün seçicilərlə görüşləri keçirilir. Hər gün orta hesabla 100-dən artıq görüş olur. Ardıcıl şəkildə bu proseslər davam edir. Çalışırıq ki, bütün seçicilərlə görüşək, bütün kəndlərdə və yaşayış məntəqələrində namizədlərimizin olmasını təmin edirik. Onların seçicilərlə görüşməsi, onların arzu və istəklərini öyrənilməsi bizim üçün əsas meyarlardır. İstəyirik ki, gələcək qanunvercilikdə və fəaliyyətimizdə bütün bunların hamısını əlimizdə rəhbər tutaq.
- Müsavat Partiyasının 23 üzvünün namizədliyi qeydə alınıb. Seçkidə onların şanslarını necə qiymətləndirirsiz?
- Ümumi olaraq 23 partiya seçki prosesində iştirak edir. Hər bir siyasi partiyanın şansı onun cəmiyyət üçün görəcəyi işlərlə bağlıdır. Onlar da götür-qoy edib baxmalıdırlar ki, indiyə qədər cəmiyyət üçün nə ediblər? Cəmiyyət də onun müqabilində onlara niyə səs verməlidir? Yenə də son söz seçicinindir. Seçici kimə üstünlük verəcəksə, kimi seçmək istəyəcəksə, o təşkilatın nümayəndələri, o müstəqil namizədlər seçiləcək.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."