Azərbaycan İdeyası

"Putin Türkiyə ilə Ermənistanı barışdıracaq"

Tarix:9-08-2016, 12:46
Baxış Sayı:571

"Putin Türkiyə ilə Ermənistanı barışdıracaq"
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına zəmin yaratmaq istəyir.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. Qəzet qeyd edib ki, Rusiya prezidenti Avrasiya məkanında inteqrasiyanı gücləndirmək məqsədilə Azərbaycan, İran, Türkiyə və Ermənistanla silsilə görüşlər keçirir.

"İrəvandakı hadisələr ölkədə radikal əhval-ruhiyyənin yüksəldiyini və prezident Serj Sarqsyanın mövqeyinin zəiflədiyini göstərir. Bu situasiyada Serj Sarqsyanın hakimiyyətini qoruyub saxlamağa kömək edə biləcək həlledici xarici oyunçuların dəstəyinə ehtiyacı var.

Türkiyə də gözlənilmədən Ermənistan üçün belə bir qarant rolunu oynaya bilər. Türk mətbuatı bəyan edir ki, xarici siyasətdəki konflikt potensialını aşağı salmaq üçün Rəcəb Tayyib Ərdoğan həmçinin Ermənistanla münasibətləri normallaşdırmağı planlaşdırır. Türkiyə mətbuatının yaydığı bir versiyaya görə, Ankaranın İrəvanla münasibətlərini əlaqələrini yeniləməsi iyula nəzərdə tutulubmuş, çevriliş cəhdi buna mane olub".
Qəzet yazıb ki, Putinin ardıcıl səfərlərinin bir məqsəd də Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşdırılmasına zəmin yaratmaqdır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı