Azərbaycan İdeyası

İlham Əliyev Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tarix:17-07-2026, 12:00
Baxış Sayı:6

İlham Əliyev Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.

Ölkəmizə səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib.

Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb.

Bernard Jorj Leopold de Qarsia Klinql səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini deyib.

Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edilib, hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı