Azərbaycan İdeyası

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər

Tarix:23-09-2026, 10:00
Baxış Sayı:3

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobarla görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirlər Azərbaycan və Kolumbiya arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər, həmçinin BMT daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də regional və beynəlxalq proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün yekununda Azərbaycan Hökuməti ilə Kolumbiya Hökuməti arasında "Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb ki, bu da Azərbaycan və Kolumbiya arasında hüquqi və institusional bazanı daha da möhkəmləndirib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı