Azərbaycan İdeyası

Polad Bülbüloğlu Moskvada İlham Əliyevin Sərəncamını oxudu

Tarix:22-10-2015, 11:03
Baxış Sayı:509

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata əsasən 21 oktyabr tarixində Moskva şəhərində Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilmişdir.
Ölkə başçısının tapşırığı ilə tədbirdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını və səmimi təbrik məktubunu oxumuş və sözügedən ordeni Rusiya Kinematoqrafçılar İttifaqının sədrinə təqdim etmişdir.
Nikita Mixalkov əməyinə verdiyi yüksək giymətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. O, bu yaxınlarda Bakıya səfəri zamanı İlham Əliyevlə keçirdiyi görüşü xatırlamış, həmin görüşün onda xoş təəssürat oyatdığını vurğulamış və Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilişləri ilə bağlı razılığın olduğunu qeyd etmişdir.
Tədbirdə iştirak edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Nikita Mixalkovu ürəkdən təbrik etmişdir.
Məlum olduğu kimi, 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etmişdir.\trend\

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı